Elmi konfrans: Azərbaycanın su təminatının müasir problemləri
Bakı, 28 iyun, AZƏRTAC
Oktyabrın 6-7-də keçiriləcək “Azərbaycanın su təminatının müasir problemləri” mövzusunda respublika elmi-praktik konfransına hazırlıq işləri davam edir. Konfrans Əməkdar elm xadimi, coğrafiya elmləri doktoru, professor Saleh Rüstəmovun anadan olmasının 110 illiyinə həsr ediləcək.
Tədbirin təşkilatçıları akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, “Azərsu” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, UNESCO-nun Beynəlxalq Hidroloji Proqramı üzrə Azərbaycan Milli Komitəsi, Azərbaycan Coğrafiya Cəmiyyəti və “Sudan istifadə sahəsində mütəxəssislər” İctimai Birliyidir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransda Azərbaycanda çayların rejim xüsusiyyətləri və su ehtiyatlarının öyrənilməsində, həmçinin hidrologiya sahəsində çoxsaylı kadrların hazırlanmasında müstəsna xidmətləri olmuş Saleh Rüstəmovun formalaşdırdığı elmi istiqamətlər üzrə mövcud vəziyyət təhlil ediləcək.
Konfransda “Azərbaycanın su ehtiyatlarının müasir vəziyyəti və idarə olunması”, “Qarabağ ərazisinin müasir hidrometeoroloji problemləri”, “Regional iqlim dəyişmələri və onların su ehtiyatlarına təsiri”, “Ətraf mühit və dayanıqlı inkişaf” mövzuları üzrə məruzələr dinləniləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:53]
İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur
- 15.10.2026 [11:16]
Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium
- 15.10.2026 [10:59]
Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib
- 15.10.2026 [10:59]
AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub
- 15.10.2026 [10:47]
ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib
- 15.10.2026 [10:32]
AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir
- 14.10.2026 [19:41]