Elnur Məmmədov: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur
Bakı, 18 yanvar, AZƏRTAC
Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur. Oradan ayrılanda 12-13 yaşım olardı və çox ağrılı-acılı günləri yaşamışıq. Allaha şükürlər olsun ki, çətin günlər geridə qaldı.
AZƏRTAC xəbər verir ki, bu sözləri Füzuliyə qayıdan keçmiş məcburi köçkün Elnur Məmmədov söyləyib.
Ailəsi ilə birlikdə Füzuliyə qayıtdığını vurğulayan keçmiş məcburi köçkün Xəzər rayonu Binə qəsəbəsində məskunlaşdıqlarını bildirib.
Füzulidəki xatirələrini unutmadığını, doğma yerləri görmək üçün səbirsizləndiyini deyən E. Məmmədov sevincini sözlə ifadə edə bilmədiyini söyləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:32]
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş olub
- 09.10.2026 [18:51]
Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO
- 09.10.2026 [18:21]
Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO
- 09.10.2026 [18:13]