Əlverişsiz hava Türkiyənin Ədirnə vilayətində ciddi fəsadlar yaradıb
Ankara, 3 iyul, AZƏRTAC
Türkiyənin Ədirnə vilayətində hava şəraiti kəskin dəyişib - güclü dolu, tufan, sel və daşqınlar baş verib.
AZƏRTAC xəbər verir ki, qəfildən başlanan dolu əkin sahələrinə, meyvə ağaclarına ciddi zərər vurub. Güclü külək evlərin dam örtüyünü atıb, məhəllə və yolları sel basıb.
Əhaliyə və dövlət təsərrüfatına böyük məbləğdə zərər dəydiyi bildirilir. Küçə və meydanları, məhəllələri təmizləmək üçün bölgəyə əlavə qüvvələr cəlb olunub.
Qeyd edək ki, Anadolunun əksər bölgəsində əlverişsiz hava davam edir. Güclü istilərin ardından yağışlar başlayıb. Ankara Valiliyi iyulun 3-də günortadan sonra paytaxtda əlverişsiz havanın olacağı barədə şəhər sakinlərinə xəbərdarlıq edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]