Əmək münasibətlərində gender bərabərliyi ilə bağlı posterlər Bakının müxtəlif məkanlarında
Bakı, 8 aprel, AZƏRTAC
Cinsi ayrı-seçkiliyin aradan qaldırılması və gender bərabərliyinin təmin edilməsi barədə məlumatlılığın artırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən posterlər hazırlanıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əmək münasibətlərində gender bərabərliyi mövzusundakı həmin posterlər Dövlət Reklam Agentliyinin dəstəyi ilə Bakı şəhərinin müxtəlif məkanlarında nümayiş olunur.