Əmək qanunvericiliyinə əməl olunması sahəsində 352 hüquq pozuntusu aşkar edilərək aradan qaldırılıb
Bakı, 14 iyul, AZƏRTAC
Bu ilin birinci yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə vətəndaşlar tərəfindən ərizə formasında daxil olan 4407 müraciət araşdırılaraq cavablandırılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaş müraciətləri daha çox emal, tikinti, topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, ictimai iaşə və digər sahələrdə əmək münasibətlərinə aid olub.
Müraciətlərin araşdırılması zamanı əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsi (o cümlədən, əmək haqlarının ödənilməməsi, məzuniyyət hüquqlarının pozulması, əmək müqavilələrinin bağlanmaması, yaxud onun şərtlərinin yerinə yetirilməməsi və s.) ilə bağlı 352 hüquq pozuntusu aşkar edilib.
Qeyd edilən hüquq pozuntularının aradan qaldırılması üçün xidmət tərəfindən qanunvericiliyə uyğun inzibati tədbirlər görülüb. Həmçinin hüquq pozuntularına yol vermiş işəgötürənlərə əmək qanunvericiliyinin müvafiq məsələlərlə bağlı tələblərinə dair ətraflı məlumatlar verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]