İQTİSADİYYAT
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qaxda vətəndaşları qəbul edəcəkdir
Bakı, 6 noyabr (AZƏRTAC). Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov noyabrın 15-də Qax rayon əhalinin sosial müdafiəsi mərkəzinin inzibati binasında bu rayonun, eləcə də Oğuz, Qəbələ, Şəki, Balakən və Zaqatala rayonlarının sakinləri üçün qəbul keçirəcəkdir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, qəbulda iştirak etmək istəyən vətəndaşların həmin rayonlardakı əhalinin sosial müdafiə mərkəzlərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Qax rayonuna aparılıb-gətirilməsi təmin ediləcəkdir.
Vətəndaşlar [email protected] elektron poçt ünvanı, habelə aşağıdakı telefonlar vasitəsilə qəbula yazıla bilərlər. Nazirliyin Aparatında (012) 541 98 05, rayonlar üzrə əhalinin sosial müdafiəsi mərkəzlərində: Qax - (024-25) 5-21-25; 5-21-23, Oğuz - (024-21) 5-21-71; 5-35-06, Qəbələ - (024-20) 5-21-02; 5-21-03; 5-41-03, Şəki - (024-24) 4-76-41; 4-28-95; 4-38-10, Balakən - (024-29) 5-21-19; 5-21-09; 5-11-59, Zaqatala - (024-22) 5-20-08; 5-53-74; 5-23-06.