ƏMİNƏ ABBASOVA GÜLƏŞ ÜZRƏ DÜNYA ÇEMPİONATINDA QADINLAR ARASINDA AZƏRBAYCANIN YEGANƏ TƏMSİLÇİSİDİR
Bakı, 29 iyul (AZƏRTAC). Avqustun 4-dən 9-dək Ankarada keçiriləcək güləş üzrə gənclər arasında dünya cempionatı yarışlarına qatılacaq Azərbaycan yığma komandalarının tərkibi açıqlanmışdır.
Avqustun 4-5-də yunan-Roma güləşçilərinin yarışı olacaqdır. Baş məşqci Ağalar Aslanov və məşqşi İlqar Əbdülovun rəhbərliyi altında milli komandanın tərkibində Xurşud Babaşov (50 kq), Orxan Əhmədov (55 kq), Həsən Əliyev (60 kq), Rüstəm Əliyev (66 kq), Murtuz Tağıyev (84 kq), Səbuhi Abbasov (96 kq) mübarizə aparacaqlar. Avqustun 6-7-də isə ölkəmizin yeganə qadın təmsilçisi Əminə Abbasova (48 kq, məşqçi Atif Fərman) döşək üzərinə çıxacaqdır.
Avqustun 8-9-da sərbəst güləşçilərin yarışları keçiriləcəkdir. Yığmamızın tərkibinə baş məşqçi Arif Abdullayev və məşqçi Namiq Quliyevin rəhbərliyi altında Nicat Muradov (50 kq), Yaşar Əliyev (55 kq), Ağahüseyn Mustafayev (60 kq), Cəbrail Həsənov (66 kq), Pərviz Məmmədov, ehtiyat güləşçi Zaur Ələkbərov (hər ikisi 74 kq), Aslanbəy Alborov (84 kq), Cəmaləddin Məhəmmədov (96 kq) və Mixail Qazzayev (120 kq) daxildirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]