Azərbaycan Dövlət İnformasiya Agentliyi

ƏN YAXŞI MÜƏLLİM MÜSABİQƏSİNİN KEÇİRİLMƏSİ QAYDALARI

Azərbaycan Respublikası Prezidentinin

2008-ci il 25 fevral tarixli Fərmanı ilə

təsdiq edilmişdir

Ümumi müddəalar

1.1. Bu Qaydalar “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamına uyğun olaraq, ən yaxşı müəllim müsabiqəsinin (bundan sonra - müsabiqə) keçirilməsi qaydalarını müəyyən edir.

1.2. Müsabiqənin keçirilməsində başlıca məqsəd ölkənin ümumi təhsil müəssisələrində çalışan yaradıcı müəllim potensialını üzə çıxarmaq, müasir təlim texnologiyalarının tətbiqi sahəsində uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimləri müəyyən etmək, novatorluğa və innovasiyalara meyilli müəllimlərə pedaqoji ustalıqlarını nümayiş etdirmək üçün səmərəli şərait yaratmaq, cəmiyyətdə müəllimin statusunu və nüfuzunu yüksəltmək, dövlətin təhsil siyasətinin həyata keçirilməsində müəllimin rolunun getdikcə artmasına nail olmaq və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsində stimullaşdırıcı tədbirlərin mühüm əhəmiyyət daşıdığını geniş ictimaiyyətin diqqətinə çatdırmaqdan ibarətdir.

1.3. Müsabiqə hər tədris ili üzrə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən keçirilir.

1.4. Müsabiqədə əsas iş yeri ümumtəhsil məktəbləri olan, bu Qaydaların 2-ci bölməsi ilə müəyyən edilmiş şərtlərə cavab verən müəllimlər (Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alan müəllimlər istisna olmaqla) iştirak edə bilərlər.

1.5. Müsabiqənin keçirilməsinə rəhbərlik və nəzarət, tərkibi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən və ictimai əsaslarla fəaliyyət göstərən Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi üzrə Təşkilat komitəsi (bundan sonra - Təşkilat komitəsi) tərəfindən həyata keçirilir.

1.6. Təşkilat komitəsinin tərkibinə beynəlxalq və qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri də daxil edilə bilərlər.

1.7. Müsabiqə prosesində mərhələlər üzrə qiymətləndirmə balları Təşkilat komitəsi tərəfindən müəyyən edilir.

1.8. Müsabiqənin keçirilməsi və nəticələri ilə bağlı yaranan mübahisəli məsələlərə baxılması üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən apellyasiya komissiyası yaradılır.

2. Müsabiqədə iştirak etmək üçün şərtlər

2.0. Müsabiqədə iştirak etmək istəyən müəllimlər aşağıdakı şərtlərə cavab verməlidirlər:

2.0.1. azı beş il pedaqoji iş stajına malik olması;

2.0.2. ixtisasartırma kurslarını keçməsi, pilot və digər inkişafyönümlü layihələr çərçivəsində öyrədici treninqlərdə iştirakına dair, habelə yeni təlim texnologiyalarının tətbiqi ilə bağlı müvafiq sənəd alması;

2.0.3. təcrübə mübadiləsi məqsədi ilə digər ölkələrdə təşkil edilmiş müvafiq kursda (kurslarda) iştirak etməsi;

2.0.4. dərs demək, məşğələ aparmaq üçün ixtisasartırma tədbirlərinə, seminar və treninqlərə cəlb edilməsi;

2.0.5. pedaqoji mühazirələrdə, elmi-təcrübi konfranslarda məruzələrlə çıxış etməsi, əvvəlki illərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən elan olunmuş “İlin ən yaxşı müəllimi” müsabiqəsinin respublika mərhələsində mükafata layiq yer (yerlər) tutması;

2.0.6. mətbuatda metodiki məqalələrlə çıxış etməsi, tədris vəsaitlərinin müəllifi olması;

2.0.7. tədris etdiyi ixtisas üzrə şagirdlərinin ali məktəblərə qəbul imtahanlarında uğurlu nəticələr qazanması, fənn olimpiadalarının, müsabiqə, sərgi və yarışların yekun mərhələsində mükafata layiq yerlər tutması;

2.0.8. “Baş müəllim” yaxud “Metodist müəllim” adını alması, dövlət təltiflərinə (“Şöhrət” ordeni, “Tərəqqi” medalı, “Əməkdar müəllim” fəxri adı və s.) layiq görülməsi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunması;

2.0.9. Azərbaycan Respublikası Təhsil Nazirliyi kollegiyasının qərarları və Azərbaycan Respublikası təhsil nazirinin əmrlərində, yerli təhsil orqanlarının müvafiq sənədlərində səmərəli fəaliyyəti barədə məlumatların olması, qabaqcıl təcrübəsinin müxtəlif səviyyələrdə öyrənilib yayılması barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən qərar qəbul edilməsi;

2.0.10. informasiya və kommunikasiya texnologiyalarından istifadə bacarıqlarına malik olması;

2.0.11. ictimai birliklər, fondlar, yerli və beynəlxalq qeyri-hökumət təşkilatları, valideyn-məktəb assosiasiyaları və digər qurumlar tərəfindən aparılan sorğularda həmin müəllim haqqında müsbət mülahizə və rəylərin irəli sürülməsi;

2.0.12. müəllimin müsabiqədə iştirakı üçün əhəmiyyətli olan digər zəruri göstəricilər.

3. Müsabiqənin təşkili

3.1. Müsabiqə üç mərhələdə keçirilir.

3.2. Müsabiqənin mərhələlər üzrə keçirilmə müddətləri hər il üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.

3.3. Müsabiqədə iştirak etmək istəyən müəllim hər il bu Qaydaların 3.2-ci bəndinə uyğun olaraq müəyyən edilmiş müddətdə Təşkilat komitəsinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş formada ərizə ilə müraciət edir.

Bu Qaydaların 2-ci bölməsində nəzərdə tutulmuş şərtləri təsdiq edən sənədlər (onların surətləri) ərizəyə qoşma kimi əlavə olunur.

Ərizə elektron poçt vasitəsilə də göndərilə bilər ([email protected]).

3.4. Sənədlərin qeydiyyata alınması və ekspertizasının aparılması üçün Təşkilat komitəsi tərəfindən ekspert qrupu (qrupları) yaradılır. Ekspert qrupu sənədlərin ekspertizasını aparır və nəticələri barədə Təşkilat komitəsinə hesabat təqdim edir.

3.5. Ekspertizanın yekununa görə daha çox bal toplamış müəllimlər ekspert qrupunun təqdimatı əsasında Təşkilat komitəsinin qərarı ilə ikinci mərhələyə buraxılırlar.

3.6. Müsabiqənin ikinci mərhələsi bu Qaydaların 3.2-ci bəndinə uyğun olaraq müəyyən edilmiş müddətdə təşkil edilir. Bu mərhələnin iştirakçıları ümumtəhsil məktəblərində ixtisasları üzrə təklif olunan siniflərdə sınaq dərsləri aparırlar.

3.7. Sınaq dərsləri Təşkilat komitəsi tərəfindən ixtisaslar əhatə olunmaqla, tanınmış alim və metodistlərdən, təcrübəli mütəxəssislərdən, ictimaiyyətin nümayəndələrindən ibarət tərkibdə yaradılmış fənn komissiyaları tərəfindən qiymətləndirilir.

Sınaq dərsləri videolentə alınır.

3.8. Sınaq dərslərinin qiymətləndirilməsi prosesində aşağıdakı göstəricilər nəzərə alınmalıdır:

3.8.1. mövzunun tədrisi üçün maraqlı və optimal dərs formasının seçilməsi;

3.8.2. problemin qoyuluşu və həlli prosesinə şagirdlərin fəal cəlb edilməsi, şagirdlərlə həssas ünsiyyətin qurulması və pedaqoji əməkdaşlıq münasibətlərinin yaradılması;

3.8.3. dərsin fəal, interaktiv təlim üsullarının səmərəli tətbiqi şəraitində tədris edilməsi;

3.8.4. tədris olunan mövzunun şagirdlər tərəfindən dərs prosesində mənimsənilmə səviyyəsinin müəyyən edilməsi;

3.8.5. şagirdlərin bütünlüklə qiymətləndirilməsi üçün çevik formalardan istifadə edilməsi.

3.9. Hər bir sınaq dərsi müvafiq fənn komissiyasında müəllimin iştirakı ilə təhlil edilir, ümumi rəy və nəticələr onun nəzərinə çatdırılır. Fənn komissiyaları növbəti mərhələyə təqdim olunan müəllimlər haqqında Təşkilat komitəsinə yekun hesabat hazırlayır.

3.10. Müsabiqənin üçüncü mərhələsi bilavasitə Təşkilat komitəsi tərəfindən həyata keçirilir. Bu mərhələdə iştirakçılar özləri haqqında qısa məlumat verməklə, müasir dövrdə təhsil prosesinin təşkilinin aktual məsələlərinə dair Təşkilat komitəsinin təklif etdiyi mövzu ətrafında 10 dəqiqəlik təqdimatla çıxış edir və verilən sualları cavablandırırlar.

4. Müsabiqənin yekunu

4.1. Təşkilat komitəsi tərəfindən zonalar üzrə qaliblərin seçilməsi üçün müəllimlərin say nisbəti nəzərə alınmaqla kvotalar müəyyənləşdirilir.

4.2. Təşkilat Komitəsi hər üç mərhələnin nəticələrinə görə müəyyən olunmuş zonalar üzrə kvotalara uyğun olaraq, daha çox bal toplamış 100 müəllimi seçir və müsabiqənin yekununu müvafiq aktla rəsmiləşdirir.

4.3. Müsabiqədən müvəffəqiyyətlə keçmiş müəllimlərin siyahısı, müsabiqənin yekunlarına dair əsaslandırılmış arayış əlavə edilməklə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına təqdim edilir.

4.4. Azərbaycan Respublikasının Təhsil Nazirliyi zərurət yarandıqda müsabiqənin keçirilməsi ilə bağlı zəruri sənədləri (məlumatları) Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına təqdim etməlidir.

4.5. Hər tədris ili üzrə müsabiqədən müvəffəqiyyətlə keçmiş müəllimlər Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə ən yaxşı müəllim mükafatı ilə mükafatlandırılırlar.

4.6. Ən yaxşı müəllim mükafatı ilə mükafatlandırılmış müəllim mükafatlandırıldığı tədris ilindən 4 il keçdikdən sonra müsabiqədə təkrar iştirak edə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib

Karpat hövzəsinin qədim sakinləri

Bu saata olan əsas xəbərlər

"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Sabah əksər yerlərdə hava yağıntılı və dumanlı olacaq, magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir

Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb

ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar

Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir

“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Milli Qurtuluşdan başlanan yol bu gün Azərbaycanı qalib, suveren və qüdrətli dövlət zirvəsinə yüksəldib - ŞƏRH

TDT-nin Baş katibi: 15 İyun milli birliyin, dözümlülüyün və ölkənin davamlı inkişafı ilə tərəqqi yolunun rəmzi kimi çıxış edir

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq

Ombudsman: Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Azərbaycanın inkişaf yolunun möhkəm təməli qoyuldu

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir VİDEO

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir VİDEO

XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq

Baş nazir Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb

Milli Qurtuluş Günü - Dövlətçiliyin xilası, xalqın gələcəyə inamının bərpası və müstəqilliyin qorunması ŞƏRH

"Sabah"ın yeni idman direktorunun adı məlum olub

Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələ ŞƏRH

İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır

Yaxın Şərqdə sabitliyin bərpası dünya bazarında neftin qiymətinə təsirsiz ötüşməyib

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Azərbaycan nümayəndə heyəti UNESCO-nun tədbirlərində iştirak üçün Parisə yollanıb

Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri

Myanma Prezidentinin Çinə səfəri başlayıb

Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO

Güclü istilər səbəbindən Fransanın nüvə elektrik stansiyalarında istehsal məhdudlaşdırıla bilər

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb

Bu saata olan əsas xəbərlər

Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir

Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir VİDEO

Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir VİDEO

15 iyun Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsidir – ŞƏRH

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO

Aydın Kərimov: Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək VİDEO

Aydın Kərimov: Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək VİDEO

G7 sammiti: İqtisadi balanssızlıqlar, Ukrayna müharibəsi və Yaxın Şərq böhranı

Azərbaycanın birinci dövr ikiillik şəffaflıq hesabatının qiymətləndirilməsi prosesi uğurla tamamlanıb

Senator Natali Qule: Bakı regional normallaşmanın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir VİDEO

Senator Natali Qule: Bakı regional normallaşmanın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir VİDEO

Ərdoğan: ABŞ ilə İran arasında əldə olunan saziş regionda sülh və sabitlik yolunda mühüm hadisədir

Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub

Milli Qurtuluş Günü Azərbaycan dövlətçilik tarixinin ən mühüm və dönüş yaradan səhifələrindən biridir - ŞƏRH

Milli Kitabxanada “15 İyun – Milli Qurtuluş Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

Qəbələdə 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib

Moldova Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır VİDEO

Moldova Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır VİDEO

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sayavonq Bounyadet: Laos və Azərbaycan arasında əməkdaşlıq qlobal inkişafın təşviqinə xidmət edir VİDEO

Sayavonq Bounyadet: Laos və Azərbaycan arasında əməkdaşlıq qlobal inkişafın təşviqinə xidmət edir VİDEO

Aktam Xaitov: Ölkələrimiz arasında münasibətlər daha yüksək mərhələyə qalxıb VİDEO

Aktam Xaitov: Ölkələrimiz arasında münasibətlər daha yüksək mərhələyə qalxıb VİDEO

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

15 iyun Azərbaycan xalqının dövlətçilik iradəsinin və dövlət quruculuğu strategiyasının təntənəsini ifadə edən tarixi gündür

Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb VİDEO

Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb VİDEO

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur VİDEO

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur VİDEO