ƏNDİCAN HADİSƏLƏRİNDƏ İTTİHAM OLUNAN 33 NƏFƏR UZUN MÜDDƏTƏ AZADLIQDAN MƏHRUM EDİLMİŞDİR
Bu haqda Özbəkistanın Ali Məhkəməsinin mətbuat xidməti məlumat yaymışdır. Məlumatda deyilir ki, ittiham olunanlar Cinayət Məcəlləsinin dövlət çevrilişinə cəhd, terrorizm, qəsdən adam öldürmə, girov götürmə və digər maddələri ilə cəzalandırılmışlar.
Xatırladaq ki, bu, Əndican hadisələri ilə əlaqədar aparılan üçüncü məhkəmə prosesidir. Birinci dəfə bu maddələrlə 15, ikinci dəfə isə 25 nəfər azadlıqdan məhrum edilmişdi.