Azərbaycan Dövlət İnformasiya Agentliyi

Epiqraf alimin nəşr edilən yeni əsərləri Naxçıvanşünaslığa töhfədir

Naxçıvan, 27 iyul, AZƏRTAC

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərlinin 4 əsəri nəşr olunub.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, həmin əsərlər “Naxçıvanda epiqrafik tədqiqatlar”, “Qarabağ müharibəsinin Cəhrili şəhidləri”, ingilis dilində nəşr olunan “Prominent persons on the epigraphic monuments of Nakhchivan” (Naxçıvanın epiqrafik abidələrində görkəmli şəxsiyyətlər), “Yusif Küseyr oğlu türbəsi” adlı kitab və monoqrafiyalardır.

“Naxçıvanda epiqrafik tədqiqatlar” adlı monoqrafiyada Naxçıvanın epiqrafik abidələri və onların tədqiqi tarixindən bəhs edilir. Monoqrafiya Naxçıvan şəhərində, Ordubad, Culfa, Kəngərli və Şahbuz rayonlarının bir sıra yaşayış məntəqələrində aparılan epiqrafik tədqiqatların nəticələrinə həsr olunub. AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin tövsiyəsi ilə çap edilən əsərin elmi redaktoru akademik İsmayıl Hacıyev, rəyçiləri isə dosentlər Elbrus İsayev, Məmməd Əliyev və İlhami Əliyevdir.

Monoqrafiya “Ön söz”, 8 başlıq, istifadə olunmuş ədəbiyyat siyahısı və epiqrafik abidələrin fotoşəkillərinin albomundan ibarətdir. Naxçıvan Muxtar Respublikası ərazisində 600-dən artıq müxtəlif təyinatlı kitabənin indiyədək qeydə alınaraq tədqiq olunduğuna diqqət çəkən müəllif bildirib ki, hazırda epiqrafik abidələrin öyrənilməsi istiqamətində işlər davam etdirilir. Əsərdə tədqiq olunan abidələrin qeydə alındığı Vənənd, Gənzə, Dəstə, Xaraba Gilan, Saltaq, Qarabağlar, Xıncab, Şahbuzkənd, Qaraboya, Kükü və başqa kəndlərin tarixi haqqında yığcam məlumat verilərək kitabələrin tarix-mədəniyyət abidələri kimi əhəmiyyəti açıqlanır. Professor Hacıfəxrəddin Səfərli qeyd olunan toponimlərin elmi izahını verməklə yanaşı, həmin yaşayış yerlərinin yaranması ilə bağlı tarixi fakt və fikirləri oxuculara təqdim edir. Kitabə mətnlərinin Azərbaycan dilində tərcümələrinin, eləcə də təsvirlərinin verilməsi məlumatların asan anlaşılması və vizual təsəvvürün formalaşmasında olduqca əhəmiyyətlidir. 100-dən artıq elmi mənbədən istinadların yer aldığı əsərdə Gürcüstan Dövlət Muzeyində nümayiş etdirilən Ordubad bölgəsinə aid iki sənduqə tipli xatirə abidəsi haqqında məlumatlar da əksini tapıb.

“Qarabağ müharibəsinin Cəhrili şəhidləri” kitabı dünyanın iri dövlətlərinin havadarlığı ilə hərəkət edən ermənilərin tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılması, onların Azərbaycana qarşı ərazi iddialarının başlanması və bu iddiaları həyata keçirmək üçün xalqımıza qarşı törədilən soyqırımı və deportasiyalardan bəhs edir. Əsərdə 1988-ci ildə ortaya atılan qondarma Dağlıq Qarabağ problemi ilə başlayan I və II Qarabağ müharibələrinin nəticələrindən, Babək rayonunun Cəhri qəsəbəsində böyüyüb boya-başa çatan, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlardan bəhs edilir. Burada mayor Rasim Məmmədov, baş leytenant Cəfər Cəfərov, əsgərlər Qulam Quliyev, Qoşqar Sadiqov, Qadir Məhərrəmov, Niyaməddin Bayramov, Seyran Hənifəyev və Xansu Qurbanovun tərcümeyi-halı, keçdikləri şərəfli döyüş yolu haqqında ətraflı məlumat verilir.

Alimin çapdan çıxan növbəti əsəri ingilis dilində nəşr olunan “Prominent persons on the epigraphic monuments of Nakhchivan” (Naxçıvanın epiqrafik abidələrində görkəmli şəxsiyyətlər) adlı monoqrafiyadır. Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində işıq üzü görən nəşrdə muxtar respublika ərazisində günümüzə qədər gəlib çatmış müsəlman epiqrafikası abidələrinin təqdim etdiyi məlumatlar əsasında orta əsrlər zamanı Azərbaycan dövlətlərinə rəhbərlik etmiş 10 hökmdar və 97 görkəmli şəxsiyyət haqqında məlumat verilir. Tarix ixtisasının tələbələri və tədqiqatçıları, eləcə də bu sahə ilə maraqlananlar üçün nəzərdə tutulan kitabın xarici dildə nəşri onun təkcə ölkəmizdə deyil, başqa ölkələrdə də oxunması, Naxçıvan və naxçıvanlı mütəfəkkirlər haqqında məlumatları daha geniş oxucu kütləsinə çatdırmaq məqsədi daşıyır.

Naxçıvan memarlıq məktəbinin, Əcəmi yaradıcılığının şedevrlərindən biri olan Yusif Küseyr oğlu türbəsindən bəhs edən eyni adlı kitabça alimin 2021-ci ildə nəşr olunan sayca dördüncü əsəridir. Burada abidənin strukturu, üzərindəki kitabələrin izahı təfsilatlı şəkildə izah olunub. Bildirilib ki, el arasında “Atababa günbəzi” adlanan türbə Naxçıvan qülləvari türbələri içərisində xronoloji cəhətdən ən qədim abidədir. Orijinal quruluşuna görə fərqlənən abidənin bərpadan öncəki və sonrakı fotoşəkillərinin yer aldığı kitabça həm də tariximizə, mədəniyyətimizə, tarix-memarlıq abidələrimizə göstərilən dövlət qayğısının ən bariz nümunəsidir.

Bu əsərlər milli tarix elmini zənginləşdirməklə yanaşı, Naxçıvanşünaslığa yeni töhfədir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağdam şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

“Sinerjinin Gücü: Enerji Təhlükəsizliyi və Yaşıl Keçid” - Sofiyada mühüm müzakirə

Dövlət Proqramı tələbələri ABŞ-də Beynəlxalq Beyin Mərkəzində yekun tədqiqat layihələrini təqdim ediblər

Azərbaycanda 18 müxtəlif bitkilik tipinin yayılma xəritələri hazırlanıb

Azərbaycanda benzin və dizel yanacağı satışından əldə olunan gəlirlər 6 faizə yaxın artıb

“Qədim inanclar və arxeologiya: dinlər tarixi prizmasından” - elmi seminar

“Qəlbimiz həmişə Zəngilanda qalmışdı” – Şəhərdəki ilk yaşayış kompleksindən reportaj

Benedetto Zakkiroli: Bakı qlobal dialoq üçün məkan yaratmağı bacaran şəhərə çevrilir - MÜSAHİBƏ

® Qarabağda Milli Biznesin İnkişafı Forumunun Xankəndi xüsusi sessiyası

Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması - beynəlxalq konfrans

Dünyanın aparıcı şəhərlərinin yer aldığı beynəlxalq reytinqlərdə Bakının da olması müsbət göstəricidir – RƏY

Prezident Kitabxanası “WUF13 Azərbaycan” elektron informasiya resursunu təqdim edib

® “Caspian Energy Club”ın üzvləri Qarabağ bölgəsini ziyarət ediblər

® “Rabitəbank” “Garmin Pay” təmassız ödəniş həllini müştərilərin istifadəsinə verib

Tokayev: Qlobal qeyri-sabitlik dövründə türk dövlətlərinin birliyi xüsusi əhəmiyyət kəsb edir

İşğaldan azad olunan Cəbrayılda 150 çarpayılıq xəstəxana inşa edilir

Makronun Cənubi Qafqaz siyasəti regional reallıqlarla toqquşur - ŞƏRH

Neft qiymətləri həftəni artımla tamamlamağa yönəlib

Radar və cərimələr yol təhlükəsizliyinin artırılmasına təsir edirmi?

Azərbaycanın quruculuq fəaliyyətinin və regional əməkdaşlıq siyasətinin dünyada analoqu yoxdur – ŞƏRH

İşğaldan azad edilmiş ərazilər Azərbaycanın bərpaolunan enerji mərkəzinə çevrilir FOTO

Dayanıqlı şəhər inkişafında ali təhsilin rolu ön plana çıxıb

Bu həftə qızıl və neft bazarında əks istiqamətli dinamika müşahidə olunub

Qızıl medal qazanan gimnast: Avropa çempionu olmaq üçün gecə-gündüz çalışıram

UNESCO rəsmisi: Azərbaycan irimiqyaslı beynəlxalq tədbirlərin təşkili sahəsində özünü sübut edib

Böyük Qayıdışın növbəti ünvanı – Şükürbəyli kəndində həyat yenidən canlanır

Prezident İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib YENİLƏNİB 2 VİDEO

Zamanı aşan söz - Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş elmi-bədii tədbir

Rafael Fiziyev: Hər zaman zirvəni düşünmüşəm və bunun üçün çalışıram

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası mühüm dialoq məkanı rolunu oynayacaq

Elmdə yeni mərhələ: nəzəriyyədən istehsalata və Böyük Qayıdışa doğru

IDEA Kür çayı sahilində ənənəvi təmizlik aksiyası təşkil edib VİDEO

IDEA Kür çayı sahilində ənənəvi təmizlik aksiyası təşkil edib VİDEO

Tokayev türk dövlətlərinin Dövlətlərarası Terminologiya Komissiyasının yaradılmasını təklif edib

AHLA: Futbol üzrə dünya çempionatının ABŞ-də keçirilməsi turistləri çəkindirir

İstiqlal Muzeyində Qarabağın dirçəlişinə həsr olunan sərgi açılıb

Bağçalara elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması müvəqqəti dayandırılır

Zəngəzur dəhlizi Azərbaycan və region ölkələri üçün iqtisadi dividendlər qazandıracaq – ŞƏRH

Halal investisiya və sukuk bazarının yaradılması ölkəyə xarici investorların marağını artıra bilərmi?

Azərbaycanın idman gimnastları “AGF Trophy” turnirində daha iki medal qazanıblar VİDEO

Azərbaycanın idman gimnastları “AGF Trophy” turnirində daha iki medal qazanıblar VİDEO

Azərbaycan, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında TRACECA Vahid Tranzit İcazəsi Sazişi imzalanıb

Danimarkanın sabiq Kraliçası ürək əməliyyatı keçirib

Mirziyoyev: TDT dayanıqlı inkişaf tempi nümayiş etdirən nüfuzlu quruma çevrilib

AMEA-nın müxbir üzvü: Süni intellekt insan faktorunu tam əvəz edə bilməz

Türkiyə Prezidenti Türk Dövlətləri Təşkilatı ölkələrini ortaq rəqəmsal vizyonu formalaşdırmağa çağırıb

BMU tələbələri innovativ layihələr təqdim ediblər

Bakıda mayın 17-də və 18-də fasilələrlə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Azərbaycanın çoxvektorlu siyasəti nəqliyyat layihələrinin həyata keçirilməsində ölkənin mövqelərini möhkəmləndirir – Tomas de Vaal ilə müsahibə

Fəzail Sadıqov: Azərbaycanda narkotik vasitələrdən asılılıqla mübarizədə tibbi xidmət asan və əlçatandır

BMT-nin yüksəksəviyyəli iclasında Azərbaycanın inklüziv şəhərsalma təcrübəsindən danışılıb

DSMF-nin təşəbbüsü ilə Müşfiq qəsəbəsində 100-dən çox ağac əkilib

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib

Tramp: Mənim Kim Çen Inla çox yaxşı münasibətlərim var

Zaur İmranı: Turizmə yalnız gəlir mənbəyi kimi deyil, inkişaf konsepsiyası kimi yanaşılmalıdır - MÜSAHİBƏ

Baş katib: Qlobal Cənub QHT Platforması beynəlxalq təsir mexanizminə çevriləcək

Birinci Qarabağ müharibəsinin şəxsiyyətləri müəyyənləşən 2 itkin şəhidi torpağa tapşırılıb

Qazaxıstanın dövlət qulluqçuları “ASAN xidmət” təcrübəsini öyrənirlər

Baş prokuror Masallı rayonunda vətəndaşların müraciətlərini dinləyib

Kubanıçbek Ömüralıyev: Ortaq dil sahəsində əməkdaşlıq türk dövlətlərinin daha da yaxınlaşmasının əsasıdır

Monqolustanlı parlamentari: Azərbaycanla münasibətlər son illərdə dinamik inkişaf edir

Xocalı sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

Nazir: Ötən il Mədəni və Yaradıcı Sənayelərin xidmət ixracı 265 milyon 487 min dollar olub

Türküstanda Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub

Qırğızıstan Prezidenti: Türk İnvestisiya Fondu TDT-yə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın rəqəmsallaşdırılmasına təsirli təsir göstərəcək

Ümumdünya Ətraf Mühit Günü ilə bağlı silsilə tədbirlər təşkil olunacaq

İstehlak bazarında qiymətlər açıqlanıb

“Yuğ” Teatrı WUF13 çərçivəsində xarici qonaqlar üçün dörd tamaşa təqdim edəcək

“Seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar” - Konfrans

Son üç ildə Azərbaycanda istehsalata gedən filmlərin sayı açıqlanıb

Özbəkistan Prezidenti TDT-də səmərəli sədrliyə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib

Səməd Vurğunun irsini yaşadan gənc pianoçu Vurğun Vəkilov VİDEO

Səməd Vurğunun irsini yaşadan gənc pianoçu Vurğun Vəkilov VİDEO

Aprelin 19-da keçirilmiş imtahanların nəticələri açıqlanıb: bir nəfər 300 bal toplayıb

Kamandan oxatma üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

Media: Kanada və Fransa öz müdafiə embarqolarına rəğmən Türkiyə ilə yaxınlaşır

Slovakiya parlamentinin nümayəndə heyəti Füzuli, Şuşa, Xankəndi və Ağdam şəhərlərinə səfər edib

UFC-də debüt edəcək döyüşçü: Məqsədim Azərbaycanı layiqincə təmsil etməkdir

Almaniya Kansleri və ABŞ Prezidenti Hörmüz boğazının açılmasını müzakirə ediblər

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti: Universitetlərimiz xalqımızın beynəlxalq aləmlə inteqrasiyasını təmin edir

Qırğızıstan Prezidenti: Türk dövlətləri qlobal texnologiya xəritəsində güclü mərkəzə çevrilə bilər

AzMİU tələbələri beynəlxalq zəlzələ mühəndisliyi yarışmasında xüsusi mükafata layiq görülüblər

WUF13 iştirakçıları üçün “Mədəniyyət bələdçisi” hazırlanıb

İntensiv yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

BRICS xarici işlər nazirləri Yaxın Şərq məsələsində ortaq məxrəcə gələ bilməyiblər

Bakıda bürünc medal qazanan gimnast: Mənim üçün yaxşı təcrübə oldu

Türkiyə Prezidenti: İnkişaf edən Türk dünyası məqsədimizdir

Kənd təsərrüfatı naziri Şuşada vətəndaşlarla görüşüb

Neymar İtaliya vətəndaşlığı alıb

WUF13 və bayram günləri ərəfəsində cənub bölgəsinə turist axını gözlənilir VİDEO

WUF13 və bayram günləri ərəfəsində cənub bölgəsinə turist axını gözlənilir VİDEO

Azərbaycanda mədəniyyət sisteminin rəqəmsallaşdırılması istiqamətində görülən əsas işlər açıqlanıb

Prezident Ərdoğan: Ankara Daşkənd ilə əlaqələri dərinləşdirməyə hazırdır

Azərbaycanın “ağıllı” və “yaşıl şəhər” modeli beynəlxalq şəhərsalma gündəmində diqqət çəkir - ŞƏRH

Prezident İlham Əliyev və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində iştirak ediblər VİDEO

Qazaxıstan Prezidenti: Türk dünyası daim barışıq şəraitində yaşamalı və birlikdə inkişaf etməlidir

“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 601 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Avropa Parlamentinin məqsədi ermənilərin hüququnu qorumaq yox, siyasi ambisiyalarını həyata keçirməkdir - ŞƏRH

“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Prezidenti: Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır

İyun ayında Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsi keçiriləcək

Əsgəran Silah Muzeyi yaradılır – EKSKLÜZİV

WUF13 çərçivəsində Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksəksəviyyəli dialoqu təşkil ediləcək

Prezident İlham Əliyev: Bu gün Türk Dövlətləri Təşkilatının qlobal proseslərdə rolu və mövqeyi güclənir