Ərdoğan: Türkiyə Suriyadakı hadisələri diqqətlə izləyir
Ankara, 3 dekabr, AZƏRTAC
Türkiyə Suriyadakı hadisələrin gözlənilməz dönüşünü çox diqqətlə izləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Monteneqro lideri Yakov Milatoviçlə birgə mətbuat konfransında bildirib.
Türkiyə liderinin sözlərinə görə, Ankara regionda gərginliyin azaldılması üçün bundan sonra da əlindən gələni etməyə hazırdır.
“Biz Suriya xalqının qanuni tələbləri fonunda ərazi bütövlüyünün qorunması və Suriyada 13 ildir davam edən sabitliyin pozulması dövründən çıxış yolu nəzərə alınmaqla razılıq əldə etməyə ümid edirik”, - deyə o bildirib.
Siyasətçi vurğulayıb ki, Ankaranın prioriteti Türkiyənin özünün milli təhlükəsizliyidir. “Biz hadisələrin arzuolunmaz gedişinin qarşısını almaq üçün bütün lazımi addımları atırıq”, - deyə Ərdoğan əmin edib.
Ramin Abdullayev
AZƏRTAC-ıs xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]
Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır
- 06.10.2026 [17:36]
Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq
- 06.10.2026 [17:26]
Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb
- 06.10.2026 [17:04]
Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb
- 06.10.2026 [17:03]