İDMAN
Erlinq Haaland UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin ən yaxşı futbolçusu seçilib
Bakı, 21 fevral, AZƏRTAC
Fevralın 20-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin ilk oyunlarının yekunlarına əsasən həftənin ən yaxşı futbolçusu seçilib.
AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, Almaniyanın “Borussiya Dortmund” klubunun hücumçusu Erlinq Haaland səsvermə nəticəsində həftənin ən yaxşı futbolçusu adına layiq görülüb.
On doqquz yaşlı norveçli hücumçu komandasının “Paris Sen-Jermen” klubunu 2:1 hesabı ilə məğlub etdiyi oyunda iki qol vurub.
Futbolçu səsvermədə Renan Lodini (“Atletiko Madrid”, İspaniya), Hans Hateborı (“Atalanta”, İtaliya) və Huqo Lorisi (“Tottenhem”, İngiltərə) qabaqlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [13:51]
Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb
- 06.05.2024 [13:47]
Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb
- 06.05.2024 [13:12]
Azərbaycanın 22 samboçusu Avropa çempionatında iştirak edəcək
- 06.05.2024 [13:02]
Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda uğurla çıxış edib VİDEO
- 06.05.2024 [12:41]
Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib
- 06.05.2024 [12:22]
Yuri Syomin: Ümid edirəm ki, “Qəbələ” yenidən əvvəlki günlərinə qayıdacaq
- 06.05.2024 [11:21]
“Sumqayıt” heç-heçə rekordunu təkrarlayıb
- 06.05.2024 [11:07]