ERMƏNİLƏR GÜRCÜSTANDA ONLARIN 600-DƏN ÇOX ABİDƏSİ OLDUĞUNU İDDİA EDİRLƏR
O bildirmişdir ki, erməni yeparxiyası “Nor Eçmiadzin” kilsəsi (Tbilisinin qədim məhəlləsində yerləşir) yaxınlığında guya Osmanlı imperiyası zamanı törədilmiş soyqırımı qurbanlarının xatirəsinin 90-cı ildönümü ilə əlaqədar memorial qoymaq istəyir. Onun dediyinə görə, Tbilisi şəhər bələdiyyəsi bu məqsəd üçün torpaq ayrılması barədə ermənilərin xahişinə müsbət cavab vermişdir. Ancaq şəhər planlaşdırma xidmətində abidənin qoyulması ilə bağlı məsələlərin dəqiqləşdirilməsinə gəldikdə, məktub iki dəfə itdi. İsaxanyanın fikrincə, bu, Gürcüstanda ermənilərə qarşı mənfi münasibət göstərilməsi deməkdir.
Bundan başqa, ermənilər Tbilisidə beş qədim erməni kilsəsinin buradakı erməni yeparxiyasının tabeliyinə keçirilməsini də tələb edirlər.
Ermənilərin bu iddiasına Gürcüstan patriarxlığı mətbuat xidmətinin rəhbəri Zurab Sxovrebadze belə cavab vermişdir: “Bir neçə ay bundan əvvəl gürcü-erməni tərəflərinin iştirakı ilə birgə komissiya yaradılmasına dair razılıq əldə olundu. Komissiya bütün mübahisəli məsələlər üzərində işləməli idi. Eyni zamanda qərara alındı ki, komissiya öz işini başa çatdırmayınca, mətbuat və televiziya ilə heç bir bəyanat verilməyəcəkdir. Bundan sonra biz erməni yeparxiyası ilə əlaqə yaratmamışıq, buna onlar da cəhd etməyiblər. Bu məsələ dini şuranın müzakirəsinə verilməlidir”.