Ermənilərin irimiqyaslı təxribatlar törətməsi ilə bağlı Braziliya mediasında ətraflı məlumat verilib
Bakı, 15 sentyabr, AZƏRTAC
Braziliya mediasında sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan ilə Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində irimiqyaslı təxribatlar həyata keçirməsi ilə bağlı məlumat verilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, məlumatlarda Ermənistan silahlı qüvvələrinin diversiya qrupları ərazinin dağlıq relyefindən və dərə boşluqlarından istifadə edərək Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərdə minalar basdırdığı qeyd edilib. Bununla yanaşı, erməni silahlı bölmələrinin Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki mövqelərini müxtəlif silahlardan, o cümlədən minaatanlardan intensiv atəşə tutduğu qeyd olunur. Azərbaycan Ordusunun hərbi qulluqçularının həlak olması və hərbi infrastruktura ziyan dəyməsi barədə də məlumat verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [16:33]
Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri
- 09.08.2026 [14:45]
Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
- 08.08.2026 [23:48]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [21:54]