Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistan Azərbaycana qarşı misilsiz neonasist cinayətlər törədib

Ermənistan Azərbaycana qarşı misilsiz neonasist cinayətlər törədib

Bakı, 21 fevral, AZƏRTAC

Terror və insanlığa xas olmayan cinayətlər sonradan dünya üçün ən ağır nəticələrə gətirib çıxarır. Vaxtilə məşhur sosioloq Emil Dürkhaymın söylədiyi bir fikrini xatırlayıram: bəşəri cinayətlər qlobal mübarizə tələb edir. Amma biz görürük ki, ekspansionistlər və imperialist güclər təəssüflər olsun ki, bu prosesdə praktiki olaraq yoxdurlar. Sözdə hamı guya terrora qarşıdır. Reallıqda isə ədalətin yerini tapmadığı xeyli məqamlar var. Nasizm əleyhinə mövqe nümayiş etdirən beynəlxalq ictimaiyyət Azərbaycana qarşı törədilən çoxəsrlik cinayətlərə etirazını bildirməyib. Neonasizmin dünyadakı yeganə “qalası olan” Ermənistanın misilsiz cinayətləri layiq olduğu cəzanı almayıb. İkinci Dünya müharibəsi Almaniyanın, daha doğrusu, faşizmin məğlubiyyəti ilə sona çatdı. Bu gün də alman xalqı tarixinin bu utandırıcı məqamına görə hesab verməli olur. Lakin təzad doğuran fakt odur ki, erməni neonasizmi dünya ictimaiyyətinin gözləri önündə ekstremizmi, terroru, soyqırımı, işğalçılıq siyasətini nəinki "uğurla" davam etdirir, hətta dünyanın aparıcı ölkələrinin bir çox siyasətçiləri tərəfindən müdafiə olunur.

Ermənistanın təkcə etnik zəmində deyil, bir çox sahədə Azərbaycana qarşı həyata keçirdiyi siyasət bizim gücümüzü qəbul edə bilməyənlərin hiyləgər təbəssümünə səbəb olur. İşğal altında olan Azərbaycan ərazilərindəki dağıntılar tarixin çağdaş dövrünün ən böyük rəzalətidir. Bugünkü dünya siyasətçiləri insanlığın fəlakətini görməyərək sanki Joze Saramaqonun “Korluq” əsərindəki mənfi personajları xatırladırlar.

Bu fikirlər Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılovun “Ermənistanın Azərbaycana qarşı misilsiz neonasist cinayətləri” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Azərbaycan abidələrinin Ermənistan tərəfindən məhvi

Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan Ermənistan ordusu Azərbaycanın mədəniyyət abidələrini məhv edib. Belə ki, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında dünya əhəmiyyətli 13, ölkə əhəmiyyətli 292, yerli əhəmiyyətli 330 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi, tarix və mədəniyyət abidəsi olub. Bununla yanaşı, 40 mindən çox eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi, 103 min 200 ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitofon, 5920 dəst milli kişi və qadın geyimləri, 40 dəst səsgücləndirici, 25 iri və 40 kiçik həcmli attraksion işğal olunmuş ərazilərdə qalıb.

Zəngin mədəni irsə malik Qarabağ Azərbaycana Pənahəli xan Cavanşir, Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Molla Pənah Vaqif, Bülbül, Əbdürrəhim bəy Haqverdiyev kimi dahi şəxsiyyətlər və mədəniyyət xadimlərini bəxş edib. Ənənəvi Qarabağ atüstü oyunu Çövkən, əsasən Qarabağda formalaşan Azərbaycan muğamı və xalçası UNESCO-nun müvafiq siyahılarına daxil edilsə də, mədəni soyqırımlara qarşı nə bu, nə də buna bənzər digər təşkilatlar etirazlarını bildirməyiblər.

Təsadüfi deyil ki, indi dünyanın ən zəngin muzeylərində Azərbaycan xalq sənətkarlığının bir çox gözəl nümunələri ilə rastlaşmaq olur. Londonun Viktoriya və Albert, Parisin Luvr, Vaşinqtonun Metropoliten, Vyananın, Romanın, Berlinin, İstanbulun, Tehranın, Qahirənin zəngin muzey kolleksiyalarına baxarkən orada Qarabağ ustalarının bacarıqlı əlləri ilə yaradılmış sənət nümunələrini görmək olar. Eyni zamanda, işğal illərində ermənilər tərəfindən zəngin mədəni irsimizin talanması və dağıdılması kimi barbarlıqlar həyata keçirilib.

Ağdam şəhəri işğal dövründə ermənilər tərəfindən tamamilə dağıdılıb. 30 il ərzində daşları bir-bir sökülüb, bütün binalar viran qoyulub, daşlar oğurlanıb və satılıb. Ermənilər məscidlərimizdə donuz və inək saxlayıblar. İşğaldan azad olunmuş ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb.

30 il Ermənistanın işğalı altında olan Azərbaycan əraziləri qanunsuz fəaliyyət üçün fəal istifadə edilib. Buradakı "boz bazar"ı həm dövlət strukturlarına bağlı Ermənistan şirkətləri, həm də iri beynəlxalq şirkətlər idarə ediblər. Onların fəaliyyətinin əsas istiqaməti dağ-mədən sənayesi, telekommunikasiya və maliyyə sektorları idi.

Ermənistanın Azərbaycan ərazilərindəki qanunsuz əməlləri

Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini, təbii sərvətlərini talamaqla və bu cinayətə xarici şirkətləri cəlb etməklə işğalçı rejimin dünya ictimaiyyəti tərəfindən tanınacağına ümid bəsləyirdi. Bu fəaliyyətin həyata keçirilməsi yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün mülkiyyət hüquqlarının pozulması ilə müşayiət olunur və onların doğma yurdlarına qayıtmasına əlavə maneələr yaradırdı.

Təxminən 30 il ərzində Qarabağın təbii ehtiyatlarının istismarı və beynəlxalq hüququn tətbiq edilmədiyi zonadan kənarda olan bu ərazidə digər biznes növlərinin həyata keçirilməsi hesabına erməni elitası da zənginləşirdi. Həmin qanunsuz və separatçı köklü şirkətlərə qarşı bu günə kimi bir dəfə də olsun qlobal çağırışlar edilməyib.

Azərbaycan Qarabağda aparılan qeyri-qanuni iqtisadi fəaliyyəti dəfələrlə beynəlxalq arenada, o cümlədən ATƏT və BMT-nin strukturları qarşısında qaldıraraq, işğal olunmuş ərazilərdə istənilən iqtisadi fəaliyyətin beynəlxalq hüquqa, habelə ölkəmizin milli qanunvericiliyinə zidd olduğunu, bununla da cinayət məsuliyyətinə səbəb olacağını vurğulayıb.

Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən şirkətlərin siyahısı, onların fəaliyyəti barədə ətraflı məlumatla birlikdə, həmçinin 2017 və 2018-ci illərdə İsrailin "Kohelet Policy Forum" (KPF) beyin mərkəzi tərəfindən dərc edilmiş iki geniş hesabata da daxil edilib. Hesabatlar "Kim mənfəət əldə edir: işğal olunmuş ərazilərdə beynəlxalq və Avropa şirkətləri" adlanır.

Araşdırmada qeyd olunur ki, qeydə alınmış bütün hallarda əksər Avropa şirkətləri işğal olunmuş ərazilərdə faktiki olaraq qeyri-qanuni məskunlaşma fəaliyyətini fəal şəkildə dəstəkləyiblər. Bu fəaliyyət, bir qayda olaraq, işğal edilmiş ərazidə təbii ehtiyatların işlənilməsini, işğalçı tərəfə infrastruktur dəstəyinin göstərilməsini və bütövlükdə işğalçı rejimlərin həyat qabiliyyətinə iqtisadi dəstəyi özündə birləşdirirdi.

Lakin bütün təbii sərvətlərin qanunsuz istismarına qarşı hələ də heç kim cavab verməyib.

Torpaqlarımız işğaldan azad edildikdən sonra bütün dünya erməni vandalizminin bir daha şahidi oldu. Yandırılmış, dağıdılmış kəndlərimiz, təhqir olunmuş məscidlərimiz, qəbirlərimiz, məhv edilmiş meşələrimiz, erməni faşizminin və terrorunun acı nəticələridir. Ona görə də Azərbaycanın qazandığı qələbə təkcə Ermənistanın deyil, həm də faşizmin üzərində çalınmış qələbədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək