Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistan diplomatiyasına növbəti ləzzətli şapalaq dəydi

Ermənistan diplomatiyasına növbəti ləzzətli şapalaq dəydi

Berlin, 25 yanvar, AZƏRTAC

Ermənistan diplomatiyasına növbəti ləzzətli şapalaq dəydi. Bu ölkənin nümayəndə heyətinin Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu təsdiq edən qətnamənin AŞPA-da qəbul edilməsinə yol verməmək üçün göstərdiyi bütün cəhdlər iflasa uğradı. Yanvarın 24-də plenar iclasda Ukrayna nümayəndə heyətinin başçısı, elm, mədəniyyət, təhsil və media komitəsinin sədri Vladimir Aryevin “Avropada jurnalistlərə və mətbuat azadlığına hücumlar” mövzusunda məruzəsi dinlənilib.

Ermənistan nümayəndə heyətinin öz ampluasına uyğun coşub özündən çıxması ilə müşayiət olunan dinləmələrin və sərt müzakirələrin yekunlarına görə qəbul edilən qətnamənin 9-cu bəndində Dağlıq Qarabağın Azərbaycana, Abxaziya və Cənubi Osetiyanın Gürcüstana, Dnestryanı bölgənin Moldovaya məxsus olması növbəti dəfə təsdiq edilib, həmin əraziləri nəzarətdə saxlayan rejimlərin separatçı mahiyyəti ("de facto controlled by separatist regimes") qabardılıb, bu ərazilər “qanunsuzluğun hökm sürdüyü tamamilə qeyri-şəffaf zonalar” ("totally non-transparent and lawless areas") adlandırılıb. Ermənistan nümayəndə heyətinin bu müddəaları çıxarmaq ilə bağlı düzəliş etmək üçün iki uğursuz cəhdi təyini-müqəddərat nəzəriyyəsindən infuzoriya və amöb mütəxəssisi Şavarş Koçaryandan daha yaxşı başı çıxan AŞPA üzvlərinin əksəriyyəti tərəfindən rədd edilib. Yolunu azaraq səhvən XİN-ə gəlib çıxmış S.Koçaryan bu yaxınlarda tarix sahəsində bilikləri ilə “parlayaraq” xatırladıb ki, Azərbaycan Respublikası dünyanın xəritəsində cəmi 100 il əvvəl yaranıb, amma o, əlavə etməyi unudub ki, Ermənistan Respublikası da elə həmin xəritədə ilk dəfə nə bir gün tez, nə də bir gün gec, məhz həmin gün peyda olub. Cəhənnəm olsun Koçaryan. İndi o, ölkəsi üçün növbəti rüsvayçı qətnamədə uzun müddət “konfet” axtarmalı olacaq.

Biz prinsipial mövqeyinə və Ermənistan nümayəndə heyətinin şantaj və təhdidlərindən çəkinmədiyinə görə məruzəçi Vladimir Aryevə təşəkkür edirik, Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətini və daimi nümayəndəlikdəki diplomatlarımızı bu sanballı işə görə təbrik edirik.

Fürsət düşmüşkən, Aryevə təzyiqlər barədə: Ermənistan nümayəndə heyətinin marginal səviyyəsini və onun xanım üzvlərinin küçə qadınları kimi vay-şivən qoparmaq istedadını belə bir fakt da təsdiq edir ki, nüfuzlu məruzəçini guya onun ulu nənəsinin “azərbaycanlı” olmasında ittiham ediblər (məhz ittiham ediblər). Ah bu “azərbaycanlı ulu nənələr!” Gör onlar nə boyda “fəlakətə” səbəb olublar, bədbəxt ermənilərin nə qədər qanını içiblər! Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü xanım Rustamyana çətin çatsın ki, hesabat müəllifinin təkcə ulu nənəsi deyil, lap bütün nəsli azərbaycanlı olsa belə, onun məruzəsi AŞPA-nın BÜTÜN tərkibinin sərverməsinə çıxarılır və burada da belə deyək də, heç də hamının nəsil şəcərəsində “azərbaycanlı ulu nənə” kimi bir sərvət yoxdur və onların azad səsvermə zamanı ulu nənənin “iz qoyduğu” bəndlərdə ermənilərin düzəlişlərini dəstəkləmək imkanı var.

Ancaq burası da var ki, Şavarş Koçaryanın və bütün Ermənistan nümayəndə heyətinin səviyyəsindən intəhasız danışmaq olar.

Qəbul edilmiş qətnamə ilə bağlı Emin Hüseynov başda olmaqla, siyasi mühacirlər sırasından bir qrup üzüdönüyün səylərini xatırlamaq da xüsusi aktuallıq kəsb edir. Onlar bu günlərdə AŞPA-ya müraciət edərək, qurumu bütün Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu dayandırmağa çağırıblar. Hesab etmək olar ki, bu addım belə mühüm səsvermə ərəfəsində, əvvələn, sifarişçilərin qrantlarının əvəzini ödəmək, ikincisi, sözügedən qətnaməni darmadağın etməkdə erməni nümayəndə heyətinə kömək etmək məqsədi ilə atılıb. Bu petisiyanı imzalayan “vətəndaş cəmiyyətinin fəalları” deyilən 58 nəfər arasında yaxın günlərdə Prezident İlham Əliyevin Fərmanı ilə əfv olunanlar çoxdur.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata latiq görülüb

“Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan, Özbəkistan və Qazaxıstanın yaşıl inteqrasiyası Avropanın enerji xəritəsini dəyişir - ŞƏRH

Azərbaycan voleybol millisi Türkiyə toplanışını başa vurub

Nihal Hacıyeva: Vahid məktəbli geyimi şagirdlərdə bərabərlik və məsuliyyət hissini gücləndirir

Babək rayonunda üçəm dünyaya gəlib

Özbəkistan Prezidenti: Yeni Daşkənddə investorlara əlverişli şərait yaradılacaq

Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib

Xalq yazıçısı Kamal Abdullanın “Azərbaycanca danışaq” kitabı Polşada nəşr olunub

Süni intellektin təhlükəsiz və məsuliyyətli idarə olunması üçün 9 əsas istiqamət - ARAŞDIRMA

Maarifçilik ənənələrindən müasir təhsilə: milli kimlik və vahid məktəb mühiti

İsveç Dövlət Bankının Alfred Nobel xatirəsinə iqtisad elmləri üzrə mükafatı laureatlarının adları məlum olub

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB VİDEO

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir VİDEO

Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir VİDEO

Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub

“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər

Şəqşünas-alimlər Orta Dəhlizin enerji və tranzit imkanlarını araşdırıblar

Borçalı motivləri: Tarix, naxış və təbiətin harmoniyası - REPORTAJ

Mirzə Cəfər Topçubaşovun elmi irsi: beynəlxalq akademik mühitdə milli ənənələr

“Dünyanın ən yaxşı yeri”ni sevərək yaşayan sakin: Fəxrlə deyirəm ki, biz öz torpağımızdayıq

Bu il Naxçıvanda istehlakçılara 1,6 milyon manata yaxın ƏDV məbləği qaytarılıb

İlqar Fəhmi: Sosial şəbəkələrdə yaranan müzakirələr bəzən əsassız hay-küyə çevrilir

Azərbaycanın MDB-yə sədrliyi regional əməkdaşlığın inkişafına yeni impuls verəcək - ŞƏRH

“Kitabi-Dədə Qorqud” eposunda alqış və qarğışların poetik funksiyaları araşdırılıb

Kambocanın Baş naziri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

İlahə Həmidova: Vahid məktəbli geyimi sağlam təhsil mühitinin qorunmasına müsbət təsir göstərəcək

Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı: 309 namizəd qeydiyyatdan keçib

Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi

Aİ kimyəvi silahların yayılmasına və istifadəsinə qarşı sanksiyalar rejimini 2031-ci ilədək uzadıb

Samirə Əliyeva: Vahid məktəbli formasının tətbiqi nizam-intizamın qorunması baxımından əhəmiyyətlidir

Əqli mülkiyyət sahəsində əməkdaşlıqda iştirak edən dövlətlər üçün hansı üstünlüklər mövcuddur? VİDEO

Əqli mülkiyyət sahəsində əməkdaşlıqda iştirak edən dövlətlər üçün hansı üstünlüklər mövcuddur? VİDEO

Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib

AGTL-in sədri: Azərbaycanla Türkiyənin əməkdaşlığı qadınlar üçün yeni iqtisadi imkanlar yaradacaq

Prezident İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb

Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısı keçirilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı

Avropada qazın qiyməti həftəyə artımla başlayıb

Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb VİDEO

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb VİDEO

Azərbaycan Ağsaqqallar Şurası ictimai sabitliyi pozmağa yönələn cəhdləri qətiyyətlə pisləyib

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanında müvəffəqiyyət qazanmış namizədlərin nəzərinə

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Böyük Britaniyanın Baş naziri Aİ ilə münasibətlərin gücləndirilməsini istəyir

Mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövlətinin tariximizdəki rolu – dəyirmi masa

Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb

Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar

Türkmənbaşı görüşü: Azərbaycan-Mərkəzi Asiya strateji tərəfdaşlığının yeni mərhələsi

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

Mars Sariyev: Azərbaycanın tranzit imkanlarının güclənməsi Qırğızıstanın formalaşan Avrasiya nəqliyyat arxitekturasına inteqrasiyasını stimullaşdırır ŞƏRH

Araşdırma: Müdrikliyin əsrlər boyu dəyişməyən 6 əsas prinsipi

Rəşad Məcid: Məktəblərdə vahid geyim formasına qarşı çıxmaq dünyəvi təhsil prinsipləri ətrafında ciddi suallar yaradır

Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb

Ceyhun Məmmədov: Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdir

Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər VİDEO

İran XİN: Pakistan və Qətərin vasitəçiliyi ilə danışıqlar davam edir və biz ABŞ-nin təkliflərini nəzərdən keçiririk

“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramı başlayır

Dünya bazarında yanacağın qiymətinin artması adekvat olmayan qərarların qəbul edilməsinə gətirib çıxarıb

Azərbaycanın kulinariya irsi Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub

YAP-ın VIII Qurultayı: yeni hədəflər və strateji istiqamətlər Gəncədə diqqət mərkəzindədir

Qadın hərbi kursantlarla görüş olub

İran Yəmən və Səudiyyə Ərəbistanı arasında danışıqlar üçün vasitəçilik təklif edib

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır VİDEO

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır VİDEO

Bask ölkəsinin tanınmış şəxsləri “Canon français” ziyafətinə qarşıdır

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNİB VİDEO

Azərbaycanda dünyəvi təhsil: tarixi köklər və müasir prinsiplər

Britaniyanın Baş naziri: Avropa İttifaqından ayrılmağımız “ümidləri doğrultmadı”

Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb

Beynəlxalq Enerji Agentliyi ölkələri dizel ehtiyatlarını daha tez istifadə etməyə çağırıb

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir VİDEO

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir VİDEO

Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam

Kambocanın Baş naziri: Azərbaycanla müdafiə, təhlükəsizlik, təhsil sahələrində münasibətlər mövcuddur

Gülyanaq Məmmədova: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır

Misir Mərdanov: Məktəbdə vahid geyim qaydaları şagirdlərdə məsuliyyət hissi formalaşdırır

“Goldman Sachs” “Brent”in qiymətinə dair proqnozunu artırıb

Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik

Mənsum İbrahimov: Məktəblərdə vahid geyim formasının tətbiqi vacibdir

Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib

Bu saata olan əsas xəbərlər

Prezident: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Azərbaycanın MDB-yə sədrliyi regional iqtisadi əməkdaşlığı genişləndirə bilər – ŞƏRH

Alimlər Yerdən 7,5 işıq ili uzaqlıqda yerləşən su buludlarının dəyişməsini müşahidə ediblər

Pakistan Məkkə Müdafiə Sazişinə sadiq olduğunu bir daha bəyan edib

“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 11,5 faiz artıb

Fransada 2027-ci il üzrə büdcə müzakirələri: hökumət 5 faizlik kəsir həddini qorumağa çalışır

Baş Prokurorluq hərbi xidmətə çağırış sahəsində yol verilən qanun pozuntularına qarşı aparılan tədbirlərə dair açıqlama yayıb

Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub VİDEO

Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub VİDEO

AFFA rəsmisi: Akademiya rəhbərləri komfort zonadan çıxaraq layihələrin ərsəyə gəlməsinə dəstək veriblər

“Kopernik”: El-Nino səbəbindən dünya okeanında temperatur rekord səviyyəyə çatıb

Toğrul Əsədullayev: Qaydalara riayət etmək cəmiyyət olaraq məsuliyyətimizin bir hissəsidir

Azərbaycan Prezidenti: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür

Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər aparılıb

Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb