Ermənistanda bir neçə müxalifətçi və din xadimləri saxlanılıb
Bakı, 25 iyun, AZƏRTAC
Ermənistanda güc strukturları tərəfindən daha bir neçə müxalifət üzvü, o cümlədən iki din xadimi saxlanılıb. Din xadimlərindən biri “Müqəddəs mübarizə” hərəkatının lideri Baqrat Qalstanyanın evinin yaxınlığında həbs edilib.
AZƏRTAC-ın TASS-a istinadla verdiyi xəbərə görə, “arxiyepiskop Baqratdan başqa, din xadimləri Qrayr və Movses də saxlanılıb. Onların statusu artıq məhbus kimi qiymətləndirilir”, - deyə vəkil Sergey Arutyunyan Qalstanyanın evinin yaxınlığında jurnalistlərə bildirib. Keşiş Hrayrın saxlanılması görüntüləri yerli telekanallar tərəfindən yayımlanıb.
Ermənistan parlamentinin müxalif “Ermənistan” (“Hayastan”) fraksiyasından olan deputatı Qeqam Manukyan da feysbuk səhifəsində Ermənistan müxalifət partiyası ali orqanının üzvü İqor Sarkisyanın saxlanılması barədə məlumat yayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib
- 29.09.2026 [12:39]