Ərzaqlıq buğda əkininə dair müqavilələrin bağlanması müddəti başa çatır
Bakı, 29 oktyabr, AZƏRTAC
Gələn ilin məhsulu üçün müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə ərzaqlıq buğda əkininə dair Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilələrin bağlanması müddəti noyabrın 1-də başa çatır.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, öz sahələrində pivot suvarma sistemi quraraq ərzaqlıq buğda əkini aparmaq istəyən fermerlər qeyd olunan tarixədək Kənd Təsərrüfatı Nazirliyinə müraciət edərək, müvafiq müqaviləni imzalamalıdır.
Qeyd edək ki, “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli Fərmanına əsasən istehsalın etibarlı təşkili ilə əlaqədar tədbirlər 2024-cü ildə də davam etdirilib.
2024-cü ilin məhsulu üçün müqavilə imzalanmış 29 təsərrüfatda 23765 hektar pivotaltı sahədə ərzaqlıq buğda əkini aparılıb.
Növbəti təsərrüfat ilində ərzaqlıq buğda əkini sahələrinin daha da genişləndirilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [22:21]
Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub
- 04.06.2026 [18:49]
Milli Parkın ərazisində narkotik plantasiyası aşkarlanıb VİDEO
- 04.06.2026 [17:40]
Laçın şəhərinin su təminatı 6 subartezian quyusu vasitəsilə həyata keçirilir
- 04.06.2026 [17:21]
Akademik İsmayıl Hacıyevin biblioqrafiyası nəşr olunub
- 04.06.2026 [15:51]
Şuşa şəhəri dayanıqlı içməli su ilə təmin edilir VİDEO
- 04.06.2026 [15:44]