ƏSAS İXRAC NEFT KƏMƏRİNİN TİKİNTİSİNDƏ İŞLƏRİN 9 FAİZİ YERİNƏ YETİRİLMİŞDİR
Azərbaycan Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin tikintisində bu günədək işlərin 9 faizi yerinə yetirilmişdir.
İlin sonunadək bu rəqəmi 50 faizə çatdırmaq nəzərdə tutulur. Tikinti isə 2004-cü ilin axırlarında tamamlanacaqdır. Kəmərin Azərbaycan hissəsinin tikintisi bu il aprelin 1-də başlanacaq və 2004-cü ilin avqust-sentyabrında qurtaracaqdır. Boru kəmərinin Gürcüstan və Türkiyə ərazilərindən keçən hissələrinin tikintisi də təxminən həmin müddət üçün planlaşdırılır.
Xatırladaq ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin dəyəri 2,9 milyard dollar olacaqdır. Onun istismarı 40 il üçün nəzərdə tutulmuşdur. Hər il kəmərlə 50 milyon tonadək neft nəql olunacaqdır. Boru kəmərinin ümumi uzunluğu 1745 kilometrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]