İQTİSADİYYAT
ƏSAS VERGİLƏRİN DƏRƏCƏLƏRİ AZALDILIR
Vergilər Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikasının vergi qanunvericiliyinə edilən dəyişikliklər nəticəsində əlavə dəyər verigisi ödəyənlərin sayı üç dəfə azalacaqdır.
Sadələşdirimiş yeni vergi sistemi vergi ödəyənlərin 95 faizini əhatə edəcəkdir. Yeni sxemə görə, rublük dövriyyəsi 125 milyon manatdan çox olmayan bütün müəssisələr dövriyyədən 4 faiz vergi ödəyəcəklər. İndiyədək sadələşdirilmiş sxem rüblük dövriyyəsi 30 milyon manatdan artıq olmayan təşkilatlar üçün qüvvədə idi.
2003-cü ildən bu həddə daxil olmayan subyektlərin mənfəət vergisini 27 faizdən 25 faizə endirmək nəzərdə tutulur. Özü də, mənfəət vergisi üçün çoxsahəli sistem tətbiq ediləcək, yəni bölgələrdə vergi aşağı dərəcə ilə tutulacaqdır. İqtisadiyyatın müxtəlif sahələrində də belə sxem tətbiq ediləcəkdir.