ƏSƏD BƏYİN (QURBAN SƏİD) ŞƏXSİYYƏTİNİ TƏSDİQLƏYƏN YENİ ARXİV SƏNƏDLƏRİ TAPILMIŞDIR
İtaliya arxivlərində əldə etdiyi mənbələrin birinin daha maraqlı və dəyərli məxəz olması barədə məlumat verən tədqiqatçı demişdir ki, Nyu Yorkda çıxan “Aufbau” qəzetinin 10 sentyabr 1942-ci il sayının beşinci səhifəsində Əsəd bəyin vəfatı barədə verilən xəbərdə deyildiyi kimi, “İtaliyanın Neapol şəhəri yaxınlığındakı Pozitanoda alman dilində yazıb-yaradan publisist Əsəd bəy (o özünü belə adlandırmışdı, əsl adı isə Lev Nissimbaumdur) qəflətən vəfat etmişdir. Əslən azərbaycanlıdır. Sovet Azərbaycanı, Qafqaz. Berlinə təhsil almaq üçün gəlmişdir. Onu Berlində “Literarische Welt” (“Ədəbiyyat aləmi”) qəzetinin təsisçisi Villy Haas yazıçı kimi kəşf etmişdir. Əsəd bəy əvvəlcə öz ölkəsi və rus mədəni həyatı haqqında ədəbi və mədəniyyət mövzularında yazmağa başlamış, bir sıra şərh və bioqrafik əsərlər (“Məhəmməd”,”Stalin”,”Rza Şah” və s.) qələmə almışdır. Onun kitabları tezliklə bir çox dillərə tərcümə olunur, məqalələri qəzet səhifələrində çap olunur, adı ən çox qazananların siyahısında çəkilir. Və bununla da o, həm də özünə rəqiblər qazanır. Siyasi çöküşdən sonra o, Praqa və Vyana şəhərlərinə gedir. Mərhum sonra oradan İtaliyaya köçür”
Nuridə Atəşinin sözlərinə görə, əldə etdiyi digər arxiv sənədi də sübut edir ki, Əsəd bəy şəxsən həyatının son günlərində onu Pizantoya ziyarətə gəlmiş Therese Mögle Kirschnerə indiyə qədər naməlum olan “Erkək sevgidən heç nə anlamadı” əsərinin əlyazmasını Vyana nəşriyyatında çap edilmək üçün təqdim etmişdir. Əsər indiyədək işıq üzü görməmişdir.
Tədqiqatçı həmçinin bildirmişdir ki, əldə etdiyi digər sənədlərdə 1935-ci ildə gestapoya Əsəd bəydən donos yazan azərbaycanlıların əməlləri də aşkar edilmişdir. Onun sözlərinə görə, 1936-1940-cı illərin “Siyasi Mədəniyyət və Mətbuat Konfransları”na dair sənədlər sübut edir ki, həmyerlilərimiz hətta ona da nail olmuşdular ki, Əsəd bəyin kitabları hər yerdən yığışdırılsın və adının alman mətbuatında çəkilməsinə qadağa qoyulmuşdu.
Nuridə Atəşi həmçinin bildirmişdir ki, onun arxivində sirri açılmamış, tədqiq etməli çoxlu yeni materiallar vardır. Bunlar heç yerdə işıqlandırılmamış, çap olunmamış çoxsaylı fotoşəkillər, məqalələr və digər rəsmi sənədlərdir. Almaniyada nəşr etdiyi “Yeni körpü” jurnalının növbəti nömrəsini hazırlayan Nuridə Atəşi məcmuənin növbəti sayını bütünlükdə Əsəd bəyə həsr edəcəyini bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]
Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib
- 16.10.2026 [20:10]
Bu saata olan əsas xəbərlər
- 16.10.2026 [20:00]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
- 16.10.2026 [19:34]
“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə
- 16.10.2026 [19:29]
Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib
- 16.10.2026 [19:21]
Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib
- 16.10.2026 [19:09]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [19:07]
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
- 16.10.2026 [18:43]
BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır
- 16.10.2026 [18:42]
Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb
- 16.10.2026 [18:40]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:33]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:23]
Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib
- 16.10.2026 [18:20]
Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [18:19]
Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir
- 16.10.2026 [18:13]
“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur
- 16.10.2026 [18:12]
ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:59]
TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib
- 16.10.2026 [17:57]
BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir
- 16.10.2026 [17:48]
Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub
- 16.10.2026 [17:47]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [17:40]
Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur
- 16.10.2026 [17:38]
BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub
- 16.10.2026 [17:32]
Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib
- 16.10.2026 [17:31]
Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub
- 16.10.2026 [17:31]
Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir
- 16.10.2026 [17:26]
“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb
- 16.10.2026 [17:23]