E.ŞEVARDNADZE YENİ PREZİDENTİN ANDİÇMƏ MƏRASİMİNDƏ İŞTİRAK ETMƏYƏCƏK
AZƏRTAC-ın müxbiri Tbilisidən xəbər verir ki, Eduard Şevardnadze Gürcüstanın yeni prezidenti Mixail Saakaşvilinin bazar günü paytaxtda keçiriləcək andiçmə mərasimində iştirak etməyəcəkdir.
Prezidentin səlahiyyətlərini yerinə yetirən Nino Burcanadze jurnalistlərə demişdir ki, ölkə rəhbərliyi Şevardnadzeni andiçmə mərasiminə dəvət etməyib, sabiq prezidentin özü isə mərasimə qatılmaq istəmir.
Xatırladaq ki, yanvarın 25-i Şevardnadzenin ad günüdür, onun 76 yaşı tamam olur.