ESTONİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB TOOMAS HENDRİK İLVESƏ
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-Estoniya münasibətləri hazırda yeni mərhələyə qədəm qoymuşdur. Əminəm ki, bu yaxınlarda ölkəmizə səfəriniz, keçirdiyimiz görüşlər, apardığımız fikir mübadiləsi, imzaladığımız Birgə bəyannamə dostluq əlaqələrimizin daha da möhkəmlənməsinə, əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsinə mühüm töhfə verəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Estoniya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 9 fevral 2009-cu il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [22:02]
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO
- 14.10.2026 [21:38]
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB VİDEO
- 14.10.2026 [19:08]
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO
- 14.10.2026 [19:04]
Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO
- 14.10.2026 [19:02]