Estoniya XİN Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən qanunsuz “seçkiləri” tanımadığını bildirib
Tallinn, 1 aprel, AZƏRTAC
Estoniya Xarici İşlər Nazirliyi Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qanunsuz seçkiləri tanımadığını bəyan edib.
AZƏRTAC xəbər verir ki, bu bəyanat Estoniya XİN-in rəsmi “Twitter” səhifəsində yerləşdirilib. Bəyanatda deyilir ki, Estoniya Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımır.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn