Estoniyada bəzi deputatların dövlət sirlərinə çıxışı məhdudlaşdırıla bilər
Bakı, 10 iyun, AZƏRTAC
Estoniya parlamentinin Sosial Demokrat Partiyasından olan deputatları Rusiya yönümlü baxışlara malik qanunvericilərin dövlət sirlərinə çıxışının məhdudlaşdırılması təşəbbüsünü irəli sürüblər.
AZƏRTAC xəbər verir ki, “Postimees” nəşri bu barədə Sosial Demokratlar fraksiyasının üzvü Raymond Kalyulayda istinadla məlumat yayıb.
“Mövcud qanunlar parlamentin bütün üzvlərinə dövlət sirri ilə tanış olmaq hüququnu təmin edir. Gələcəkdə deputatlar bunun üçün bioqrafik yoxlamadan keçməlidirlər”, - deyə Kalyulayd bildirib. Onun sözlərinə görə, təşəbbüs təhlükəsizlik sahəsində vəziyyətin dəyişməsi və Rusiya yönümlü deputatların parlamentdə olması ilə bağlıdır.
Qeyd edək ki, bir müddət öncə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Estoniya, Latviya və Litvanın siyasi müstəqilliyinin olmadığını və onların Avropa nəhənglərinin əlində oyuncağa çevrildiyini iddia etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [14:53]
Almaniyada yeni rəy sorğusunun nəticələrinə əsasən AfD birinci yerdədir
- 05.06.2026 [14:48]
Kreml: Putin Zelenskinin açıq məktubu barədə məlumatlandırılıb
- 05.06.2026 [14:01]
Ankara aeroportunda təyyarə salonunda yanğın baş verib
- 05.06.2026 [13:29]
Tokayev: Qazaxıstanda iyulun 1-də yeni Konstitusiya qüvvəyə minir
- 05.06.2026 [13:09]