ESTONİYANIN YENİ PREZİDENTİ SEÇİLMİŞDİR
Avropa parlamentinin deputatı, sosial-demokrat Tomas Hendrik İlves dövlət başçısı vəzifəsinə “İsamaaliyt” və “Respublika” sağ radikal yönümlü müxalifət partiyaları tərəfindən irəli sürülmüşdür. Bu partiyalar Baş nazir Andrus Ansip başda olmaqla İslahatlar Partiyasını dəstəkləyirlər. Ölkənin hazırkı prezidenti Arnold Rüytel də ali dövlət vəzifəsinə namizəd idi.
Qanuna görə, Estoniyada dövlət başçısını parlament seçir. Lakin avqustun 28-29-da parlamentdə keçirilən səsvermədə namizədlərin heç biri səslərin üçdə ikisini toplaya bilməmişdi. Belə olan halda, seçki hüququ seçkiçilər kollegiyasına verilir. Kollegiya parlamentin 101 deputatından və yerli özünüidarə orqanlarının 246 nümayəndəsindən ibarətdir.
Hazırkı Prezidentin səlahiyyətləri oktyabrın 8-də başa çatır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]