Ətraf mühitin mühafizəsində vətəndaş cəmiyyətinin rolu artırılır
Bakı, 18 dekabr (AZƏRTAC). Dekabrın 18-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində ali təhsil müəssisələri tələbələrinin iştirakı ilə “Ətraf mühitin mühafizəsi sahəsində vətəndaş cəmiyyətinin rolu” mövzusunda ictimai müzakirə keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamının icrasına uyğun olaraq keçirilən tədbirdə 100-dək tələbə iştirak etmişdir.
Tədbirdə ətraf mühitin mühafizəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışılmışdır. Qeyd edilmişdir ki, bu sahədə qazanılmış uğurlar əhalinin ekoloji şüurunda müsbət dəyişikliklərə səbəb olmuşdur. Bununla yanaşı, ekoloji durumun yaxşılaşdırılmasına yönəldilmiş tədbirlərdə ölkə vətəndaşlarının fəal iştirakına zəmin yaradıldığı bildirilmişdir.
Tədbirdə, həmçinin ətraf mühitin çirklənməsini minimuma endirmək, alternativ metodlar vasitəsilə tükənməyən enerji mənbələrindən yararlanmaq istiqamətində ölkədə həyata keçirilən fəaliyyətlərdə vətəndaş cəmiyyətinin rolu müzakirə edilmişdir.
İctimai müzakirədə ətraf mühitin mühafizəsi sahəsində vətəndaş cəmiyyətinin rolunun artırılmasının zəruriliyi bildirilmiş, əhali arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyi vurğulanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]