Evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 20-də Sabunçu rayonundakı evlərin birindən 700 manat dəyərində televizor və yataq dəsti oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Məlikov rayon polis idarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, fevralın 22-də Astara rayonunda R.Bağırovanın içərisində 538 manat və 200 ABŞ dolları olan pulqabısını oğurlamaqda şübhəli bilinən şəhər sakini R.Həbibov rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.
Faktlarla bağlı araşdırmalar aparılır.