Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əvvəl MXD, sonra “Real” çempion oldu

Bakı, 5 iyun, AZƏRTAC

“AtaBank” ASC-nin dəstəyi ilə “AtaHolding” və “Synergy Group” Şirkətlər Qrupunun əməkdaşları arasında keçirilən mini-futbol turnirinə yekun vurulub. Əlli yeddi gün davam edən gərgin və maraqlı mübarizə ilə yadda qalan yarışda yeni çempion müəyyənləşib.

Bankdan AZƏRTAC-a bildiriblər ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan ənənəvi turnirin altıncı ilində MXD adını qaliblər sırasına əlavə edib. “VTB Bank”dan titulu təhvil alan yarışın sürpriz komandası finalda üçqat çempion “No Name”i məğlub edib. Üçüncü yerin sahibinin adı isə üç ildən sonra dəyişib. “Synergetic” “Gobustone”nin “bürünc seriyası”nı qıraraq fəxri kürsüyə yüksəlib.

Belə ki, iyunun 3-də meydana ilk çıxan “Synergetic” üçüncü yer uğrunda görüşdə “AtaTexnologiya” ilə üz-üzə gəlib. Tennis Akademiyasında baş tutan, AFFA-nın hakimlər briqadasının idarə etdiyi oyun bu dəfə də finaldan fərqlənməyib. Çünki matç hər 2 komanda üçün böyük əhəmiyyət daşıyırdı. “Synergetic” yarımfinalda böyük hesabla uduzduğundan bunu unutdurmaq, “AtaTexnologiya” isə son anda final şansını qaçırdığından 3-cü yerlə bunu sığortalamaq arzusunda idi. Həmçinin bu komandaların qrup mərhələsinin görüşündə”"Synergetic”in 1:11 hesabi ilə uduzması rəqib üçün əlavə stimul idi. Bəlkə bu arxayınlıq “AtaTexnologiya”nın lazımi oyunu göstərə bilməməsinə səbəb olub. Əvəzində son çempion “VTB Bank”ı da mübarizədən kənarlaşdıran “Synergetic” baxımlı oyunu ilə azarkeşlərin alqışını qazanıb.

Düzdür, komandaların ilk saniyələrdən ehtiyatlı davranacağı gözlənilirdi. Lakin “Synergetic” bütün proqnozları alt-üst edib. Onlara hesabı açmaq üçün cəmi 10 dəqiqə kifayət edib. Bu, komandanın düzgün taktika seçməsi və kollektiv oyun nümayiş etdirməsi sayəsində olub. 2015-ci ilin çempionu “AtaTexnologiya” isə yenə kapitan səhvlərinin qurbanı olub.

Cahangir Qənizadənin heyəti düzgün qurmaması və hər bir komanda yoldaşına göstəriş verməsi 12-ci dəqiqədə qapısında ikinci qolu görməsi ilə nəticələnib. Bu, onları bir qədər ruhdan salsa da, oyunçu dəyişikliyi görüşün axarını dəyişib. Müdafiədə inamlı çıxışı ilə fərqlənən Oruc İbrahimovun meydana girməsi komandanın arxa xəttini gücləndirib. Sonra meydana daxil olan Qorxmaz Ağayev də görüşə əlavə rəng qatıb. O, hesab arasındakı fərqi azaltmaqla, oyunda “ölmüş intriqanı” yenidən bərpa edib. Lakin həmin vaxtadək O.İbrahimovun yenidən ehtiyata göndərilməsi, “AtaTexnologiya”nın bütün komanda ilə hücuma atılması “Synergetic”in lehinə işləyib. Düzdür, onlarda da səhvlər olub. Lakin bu səhvlər nəticəyə təsir etməyib. Qapıçıları Hüseyn Aydəmirovun gözəl qurtarışları isə sadəcə alqışalayiqdir. Onlar hətta əks-hücumların birində “AtaTexnologiya”nı növbəti dəfə cəzalandıra bilərdilər. C.Qənizadənin kobud səhvini Murad Əlizadə sığortalayıb. O, topu boş qapıdan çıxarıb. Buna baxmayaraq, “Synergetic” yekunda qapını bərk çırpıb. Onlar matçın qurtarmasına 3 dəqiqə qalmış rəqiblərini 3-cü dəfə mərkəzə dəvət ediblər - 3:1. Bu qol çempionluq iddiasında olan “AtaTexnologiya”nın bürünc medal almasının da üstündən xətt çəkib.

Üçüncü yerin sahibi bilindikdən sonra “No Name”lə MXD çempionun adına aydınlıq gətiriblər. Arenaya toplaşan çoxsaylı tamaşaçılar sözün həqiqi mənasında adınalayiq finala şahidlik ediblər. Sanki həmin gecə Çempionlar Liqasının həlledici qarşılaşmasında “Yuventus” - “Real” duelinə bir hazırlıq matçı oynanılırdı. Ötən il finalda məğlub olan “adsız komanda” italiyalılar kimi uğursuz seriyaya son qoymaq, finala ilk dəfə yüksələn MXD isə ispanlar kimi ili titulla başa vurmaq arzusundaydı.

Hər şey madridlilərin istədiyi kimi oldu. Yəni “Real”dan öncə MXD öz kubokuna qovuşdu. Bununla da Heydər Əliyevin şərəfinə keçirilən yarışın tarixinə 4-cü qalibin adı əlavə edildi. MXD çempion olmaqla, “VTB Bank”ın 1 il daşıdığı titula yiyələndi. Bu 2 komandaya kimi isə “No Name” 3 və “AtaTexnologiya” 1 dəfə kuboku başı üzərinə qaldırmışdı.

Matça gəlincə, çempionatın əvvəlindən adından söz etdirən və məhsuldarlığı ilə fərqlənən MXD bu dəfə inamlı təsir bağışlayıb. Onlar sanki final deyil, turnirdə adi oyunlarına çıxırlarmış kimi ilk dəqiqələrdən hücuma atılıblar. Bu səbəbdən qol da özünü çox gözlətməyib. Cəmi 4 dəqiqə sonra “No Name” topu qapısından çıxarmalı olub. Komandanın belə oyununda Faiq Baxşıyevlə Dəyanət Quliyevin də düzgün qərarlar verməsi öz rolunu oynayıb. 12-ci dəqiqədə isə Elçin Merdiyev özünün və komandasının ikinci qolunu vurub. Bu qol rəqibə əlavə güc verib desək yanılmarıq. Çünki 0:2 hesabı ilə geri düşən “No Name”in irəli atılmaqdan başqa rolu qalmamışdı. Onların da tempi artırması oyunu daha da gərginləşdirib. Lakin komandanın gücü cəmi 1 qola çatıb. Şamo İsgəndərov fərqi azaltsa da, ikinci hissədə qol olmayıb. Futbolçuların fərqlənməsinə bəzən qapıçıların dəqiqliyi, bəzən də özlərinin qapını düzgün nişan almaması imkan verməyib.

“No Name”in “dişsizliyində” əsas səbəb aparıcı hücumçuları Hüseyn Xəlilovun forma geyinməməsi də az rol oynamayıb. Əməliyyatdan sonra meydana çıxmayan oyunçu yarımfinal və finalda komandasına kömək edə bilməyib. Onun yoxluğunda isə hücum xəttindəki boşluğu dolduran tapılmayıb. Hər halda “No Name” uduzsa da, turnirdəki ən titullu komanda adını qoruyur.

Beləliklə, uzun sürən marafon MXD-nin qalibiyyəti ilə başa çatdı. “No Name” yenə ikinci olduğu halda “Synergetic” “üçlüy”ü qapayıb.

Final:

“No Name” - MXD - 1:2

Qollar: Şamo İsgəndərov, 25 - Elçin Merdiyev, 4; 12

Üçüncü yer uğrunda matç:

“AtaTexnologiya” - “Synergetic” - 1:3

Qollar: Qorxmaz Ağayev, 28 - Fərid Şabanzadə, 10; 12; 47

Oyunların ardınca yarışın bağlanış mərasimi keçirilib. Turnirin təşkilatçısı “AtaBank” ASC-nin Kommunikasiyalar və PR şöbəsinin rəisi Oruc İbrahimov çempionatın həmişəki kimi maraqlı və gərgin keçdiyini bildirib. “AtaTexnologiya”da çıxış edən bank rəsmisi mükafatçıları təbrik etdikdən sonra yeni ildə də yarışın təşkil olunacağını qeyd edib. O vurğulayıb ki, turnir ildən-ilə daha gərgin xarakter alır və bütün komandalar bir-birinə ciddi rəqib kimi baxırlar. O.İbrahimov 3-cü yer uğrunda görüşdə “Synergetic”ə məğlubiyyətlərinin səbəbini də açıqlayıb. Onun sözlərinə görə, yaxşı qapıçının komandanın yarısı olduğunu əbəs yerə deməyiblər və rəqibdə də bunu Hüseyn Aydəmirov əyani şəkildə sübut etdi.

“AtaBank” ASC-nin Kommunikasiyalar və PR şöbəsinin rəhbərinin çıxışından sonra turnirin mükafatlandırma mərasimi təşkil olunub. Çempiona İtaliyadan gətirilmiş xüsusi kubokla yanaşı, 4000, 2-ci yeri tutan komandaya 3000, 3-cü pillənin sahibinə isə 2000 manat məbləğində pul mükafatları verilib. Hər 3 kluba xatirə hədiyyəsi də təqdim edilib.

Mərasimdə yarışın ən yaxşılarının da adları açıqlanıb. Turnirin ən yaxşı oyunçusu 1/4 finalda sonradan çempion olan MXD-yə məğlub olan “Qalaaltı Hotel”nin hücumçusu seçilib. Hər qarşılaşmada adından yaxşı mənada söz etdirən, komandasının qrup mərhələsini keçməsində əsas pay sahibi olan Aydın İslamov həlledici matçlarda oynamasa belə hamını qabaqlayıb. Yarışın bombardiri adına Fəqan Yusubov (MXD, 27 qol rekord) sahib olub. “Synergetic”in bürünc medal qazanmasında xüsusi rolu olan Hüseyn Aydəmirov qapıçılar arasında bütün rəqiblərini qabaqlayıb. Onların hər biri ən yaxşılar üçün nəzərdə tutulan 500 manatla və xüsusi kuboklarla mükafatlandırılıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub

Transxəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür