“EYOF 2019”: Danimarka və Almaniya həndbolçuları qələbə qazanıblar
Bakı, 24 iyul, AZƏRTAC
İyulun 23-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalında həndbol yarışlarının ikinci gününün sonuncu görüşlərində oğlanların mübarizəsində A qrupunda yer alan komandalar qarşılaşıblar.
AZƏRTAC xəbər verir ki, bu qrupda Azərbaycan yığması Danimarka seçməsinə 8:32 hesabı ilə məğlub olub.
A qrupunun digər oyununda isə Serbiya və Almaniya yığmaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Almaniya millisi 31:17 hesabı ilə qalib gəlib.
Bakı İdman Sarayında və “ABU Arena”da keçirilən həndbol yarışlarına iyulun 27-də yekun vurulacaq.