“EYOF 2019”: Fransalı oğlan və qız basketbolçular ikinci görüşdə qələbə qazanıblar
Bakı, 23 iyul, AZƏRTAC
İyulun 23-də XV Avropa Gənclər Olimpiya Festivalının basketbol yarışlarının ikinci gününün üçüncü turunda Fransanın oğlan və qız basketbolçuları qələbə qazanıblar.
AZƏRTAC xəbər verir ki, oğlanların yarışında Fransa seçməsi Azərbaycan yığmasına qalib gəlib - 53:45.
Qızların yarışında isə fransalılar Belçika millisini 67:55 hesabı ilə məğlubiyyətə uğradıblar.
Festivalda qızların yarışı Avropa Azərbaycan Məktəbində, oğlanların yarışı isə “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilir.