“EYOF 2019”: Sabir Cəfərov sərbəst güləş yarışlarında ikinci yeri tutub
Bakı, 22 iyul, AZƏRTAC
Avropa Gənclərinin Olimpiya Festivalının sərbəst güləş yarışlarında daha bir idmançımız komandamızın aktivinə medal yazdırıb.
AZƏRTAC xəbər verir ki, Sabir Cəfərov (60 kq) final qarşılaşmasında rusiyalı Fyodor Baltuyevə 3:7 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənməli olub.
Bu çəki dərəcəsində gürcüstanlı Davit Abdaladze polşalı Pyotr Sobolevskiyə 10:0, Belarus təmsilçisi Anatoli Hramika isə bolqarıstanlı İvan Stoyanova 7:3 hesabı ilə qalib gələrək bürünc medallara layiq görülüblər.