İDMAN
“EYOF Bakı 2019”: Azərbaycanın iki güləşçisi finala yüksəlib
Bakı, 23 iyul, AZƏRTAC
İyulun 23-də XV Avropa Gənclər Olimpiya Festivalının güləş yarışlarının sonuncu günündə iki pəhləvanımız finala vəsiqəni təmin edib.
AZƏRTAC xəbər verir ki, yeddi çəki dərəcəsinin hamısında təmsil olunan Azərbaycan komandasının üzvlərindən yunan-Roma güləşçisi Elmir Əliyev (51 kq) səkkizdəbir finalda norveçli Kristoffer Andreseni (8:0) dörddəbir finalda rumıniyalı Romania Nihaini (2:1), yarımfinalda isə gürcüstanlı Nukri Benidzeni (6:1) məğlub edərək finala vəsiqə qazanıb.
Kənan Heybətov (51 kq) isə finala gedən yolda ukraynalı İvan Terziyə (12:2), finlandiyalı Niko Hivoneyə (10:0), yarımfinalda Nektarious Kuzupisə (12:1) qalib gələrək finala adlayıb.
Sərbəst güləşçimiz Cəbrayıl Hacıyev (65 kq), yunan-Roma güləşçisi Xasay Həsənli (65 kq), qadın pəhləvanlardan isə Nigar Mirzəzadə (65 kq) və Elnurə Məmmədova (53 kq) yarımfinalda mübarizəni davam etdirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [21:14]
"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib
- 03.05.2024 [19:40]
Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub
- 03.05.2024 [18:59]
Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var
- 03.05.2024 [18:00]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib
- 03.05.2024 [17:19]
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
- 03.05.2024 [16:54]