“EYOF Bakı 2019”: Tennisçilərin fərdi yarışlarında otuzikidəbir final mərhələsinin görüşləri keçirilir
Bakı, 23 iyul, Məhərrəm Əlioğlu, AZƏRTAC
İyulun 23-də Bakı Tennis Akademiyasında “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının üçüncü gününün oyunları start götürüb.
AZƏRTAC xəbər verir ki, yarışda oğlanlar və qızlar tək və qoşa kateqoriyalarda mübarizə aparırlar. Oğlanların və qızların fərdi mübarizəsində 1/32, cütlüklərin yarışında isə 1/16 final qarşılaşmaları keçirilir.