FACİƏ QURBANLARININ XATİRƏSİ YAD EDİLMİŞDİR
Rayon ictimaiyyətinin nümayəndələri yanvarın 20-də şəhidlərin xatirə abidəsinin önünə tər-çiçək dəstələri qoymuş, o qanlı gecədə həlak olmuş həmyerliləri Vidadi Məmmədovun və Ağanəzər İsrafilovun məzarlarını ziyarət etmişlər.
AZƏRTAC-ın müxbirinin verdiyi xəbərə görə, Ağsu rayon ictimaiyyəti də
20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etmişlər. Şəhidlərin ruhuna dualar oxunmuşdur.
Rayon mədəniyyət sarayında keçirilən yığıncağın sonunda “Azadlıq qurbansız olmur” ədəbi-bədii kompozisiyası göstərilmişdir.