Azərbaycan Dövlət İnformasiya Agentliyi

Faciə şahidi: Asfaltın üstündə qan su kimi axırdı VİDEO

Faciə şahidi: Asfaltın üstündə qan su kimi axırdı VİDEO

Bakı, 2 mart, AZƏRTAC

Xocalıda anadan olmuşam. Xocalının meşələri, çayları, Qırxqız yaylağı, Meydan yaylağı... Yay aylarında əhali Meydan yaylağına köçür, iyul-avqust aylarını orada keçirir, sonra Xocalıya enirdi. Daşbulaq yaxınlığında Xocalının ilk kəndi - Qışlaq kəndi idi. Sakinlər qışlağı həmin kənddə keçirdiklərinə görə elə adlanırdı. Çox təəssüf ki, 1905-ci ildə, 1918-ci ildə və 1992-ci ildə törədilən faciələr zamanı ermənilər ilk olaraq Qışlağa hücum ediblər...

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Tibb Universitetinin professoru, Birinci Qarabağ müharibəsi iştirakçısı və veteranı Mübariz Allahverdiyev deyib.

O bildirib ki, 1990-cı illərdə Bakıda işləməsinə baxmayaraq, xocalılarla birlikdə 4 il blokada şəraitini görüb: “1988-ci il sentyabrın 18-də mənə dedilər ki, ermənilər Xocalıya hücum edib. Evə xəbər vermədən qatarla Ağdama getdim. Saat 8-ə işləmiş Xocalıya çatdım. Dərələyəzdən gəlmiş soydaşlarımızın məskunlaşdıqları “Qaçqınlar kəndi” adlanan yerdə düşdüm. Gördüm, orada kişilər toplaşıblar. Onlar dedilər ki, ermənilər hücum etsələr də, silah-sursatsız onlara qalib gəliblər. Ermənilər Qarabağın Ermənistana birləşdirilməsi üçün çalışırdılar. Onlar Xocalını tamam yandırmaq, sakinləri isə oradan çıxarmaq üçün çalışırdılar. Onlar Lətif kişinin oğlu Zahidi qrad atəşi ilə evinin pilləkənlərində vurdular. Xocalının gecəsi, gündüzü yox idi, sakinlər evlərində otura bilmirdilər. İşıq, qaz təchizatı dayandırılmışdı. Qrad mərmiləri başlarına yağış kimi səpələnirdi. Yaralılara maşın qarajlarında tibbi yardım göstərirdilər. Bütün bunlara baxmayaraq, Xocalı sakinləri evlərindən çıxmırdılar. Bizi Əsgərandan o yana buraxmırdılar. Xocalılar çox ağır vəziyyətdə idilər, onlar hər yerə teleqram göndərsələr də, ciddiyə alan olmurdu”.

Mübariz Allahverdiyev xatırladıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər müxtəlif silahlarla, tanklarla hücuma keçiblər: “Ağdamda qalmışdıq, təlaş içində idik, əlimiz camaata çatmırdı. Müxtəlif yerlərə zəng etsək də, teleqram vursaq da, heç yerdən kömək gəlmədi. Gecə ikən meyitlər Ağdama gətirilirdi. Asfaltın üstündə qan su kimi axırdı. Məsciddə kəfən çatmırdı. Uşaqlar, qadınlar şaxtalı-qarlı havada əliyalın vəziyyətdə zülmlə gəlmişdilər. Ağdamdan olan Tariyel həkim Ağdam məscidinin yanında tibb məntəqəsi açmışdı. Orada 350-yə qədər ağır yaralı var idi. Mən qardaşımla birlikdə ağır yaralılara tibbi yardım göstərdim. Faciədən sağ çıxanlar meşələrə, dağlara səpələnmişdilər. Yaralılara kömək edir, şəhidləri daşıyırdılar. Buna baxmayaraq, faciəni gizlətməyə çalışırdılar. Radioda elan etdilər ki, cəmi iki nəfər ölüb, qalanları sağdır. Buna dözmədim, gecə ilə Ağdam-Bakı qatarı ilə paytaxta gəldim. Oradakı vəziyyət barədə aidiyyəti şəxslərə məlumat verdim. Təzəpir məscidinə gedib, aidiyyəti şəxslərə hadisəni danışdım. Məscidlərdə kəfən olmadığını və meyitlərin dini qaydalara uyğun dəfn edilməsində çətinlik yarandığını dedim. Bizə lazımi kömək göstərdilər”.

Müsahibimiz bildirib ki, faciə zamanı yaxın qohumları şəhid olub. O, eyni zamanda vurğulayıb ki, həmin vaxt həyatını itirənlərin hamısını doğması, əzizi hesab edir. “Xocalı soyqırımı heç zaman unudulmayacaq. İllər ötdükcə bu faciə insanların şüuruna daha çox həkk olunur”, - deyə o diqqətə çatdırıb.

Göyçək Mahmudlu - müxbir

Mirrəsul Cəfərov - video

Faciə şahidi: Asfaltın üstündə qan su kimi axırdı VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səkkiz ayda külək elektrik stansiyalarından istehsal 22 dəfəyə yaxın artıb

Nazir: Bütün mədəni irs nümunələrinin qorunmasına xüsusi həssaslıqla yanaşılır

Dövlət Komitəsinin sədri: Tarixi-dini abidələrin bərpası istiqamətində görülən işlər bütün ölkəni əhatə edir

Gündüz İsmayılov: Tarixi-dini abidələr multikultural dəyərlərin təbliği baxımından böyük əhəmiyyət daşıyır

Rəqəmsal tibb problemlərinə dair elmi əsərlərin xülasələr toplusu nəşr edilib

Azərbaycanda neft bitumu və neft koksu istehsalının həcmi açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb

® “Ziraat Bank Azərbaycan” enerji effektivliyi layihələri üçün güzəştli maliyyələşməyə başlayıb!

Bu il neft məhsullarının istehsal dəyəri 4 milyard manatı ötüb

Bu il qaz nəqlinin 56 faizdən çoxu Bakı-Tbilisi-Ərzurum kəmərinin payına düşüb

Bakıda “Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilir

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına

Azərbaycanın şahmat milliləri Olimpiadada ikinci tur oyunlarını keçirəcəklər

Bakıda TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı keçirilir

Bakı–Tbilisi–Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

Rafinya “Barselona”da Messinin rekordunu yeniləyib

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Azərbaycan nefti 122 dollara satılır VİDEO

Azərbaycan nefti 122 dollara satılır VİDEO

AZAL Qazaxıstanın daha bir istiqaməti üzrə uçuşlara başlayıb

Şəkidə V Beynəlxalq Teatr Festivalına hazırlıq başlanıb

Bəzi rayonlarda yağış yağıb, şimşək çaxıb

Avropa Liqası: “Beşiktaş” Fransa klubu ilə qarşılaşacaq

Qazaxın kəndlərində aqroparka və iri fermer təsərrüfatlarına baxış keçirilib

Ağcəbədidə təhlükəsizlik tələbləri pozulmuş maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb VİDEO

Ağcəbədidə təhlükəsizlik tələbləri pozulmuş maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb VİDEO

Bakı Azərbaycan xarici diplomatları Qarabağa dəvət etməklə bölgədəki reallıqları açıq şəkildə nümayiş etdirir - RƏY

“Parla” təqaüd və inkişaf proqramına müraciətlər başlayıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Sentyabrın 17-si Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür

Karyerasında 49-cu titulunu qazanan Messi 2 rekorda imza atıb

Bəzi ərazilərdə elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq

Lənkəran-Astara magistral yolunda baş verən qəzada ölənlərin kimliyi açıqlanıb VİDEO

Lənkəran-Astara magistral yolunda baş verən qəzada ölənlərin kimliyi açıqlanıb VİDEO

Nigar Arpadarai: Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılması üçün sistemli siyasət aparılıb

Amerikalı iş adamı “Çelsi”nin Direktorlar Şurasının sədri vəzifəsindən istefa verib

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

“Mançester Yunayted” 50 illik antirekordunu təkrarlayıb

Kolumbiyada türkiyəli iş adamının idarə etdiyi təyyarə qəzaya uğrayıb

ABŞ Prezidenti: Ölkədə faiz dərəcələri həddindən artıq yüksəkdir

Kanada Britaniyanın rəhbərlik etdiyi hərbi koalisiyaya qoşulmaq üçün müraciət edib

Tramp Kanada ilə münasibətlərə görə Avropaya güclü tariflər tətbiq edəcəyini açıqlayıb

Ağ Ev: FED-in faiz dərəcələrini artırmaq qərarı təəssüf doğurur

Tramp: Ümid edirəm ki, İranla müharibənin sonuna yaxınlaşırıq

ABŞ Konqresi Rusiyaya qarşı geniş sanksiyalar paketini təsdiqləyib

La Liqa: “Barselona” 3 xalı darmadağınla qazanıb

Litva yığmasının Azərbaycan milli komandası ilə oyun üçün heyəti açıqlanıb

2027-ci il üçün dövlət büdcəsi xərclərinin prioritet istiqamətləri üzrə proqnozları açıqlanıb

2027-ci ildə dövlət büdcəsinin kəsiri ilə bağlı proqnoz bəlli olub

Lənkəranda ağır qəzada 2 nəfər həyatını itirib - YENİLƏNİB

Gələn il Azərbaycanda təhsil və səhiyyə sektoru üçün nəzərdə tutulan xərclərin miqdarı açıqlanıb

Livanın Baş naziri: Beyrut danışıqlardan istənilən nəticəni hələ əldə etməyib

Almaniya sənayedə süni intellekt həllərini strateji imkan kimi nəzərdən keçirir

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

Gələn il əhalinin nominal gəlirləri 107,5 milyard manat proqnozlaşdırılır

Vüqar Camalzadə: Azərbaycan musiqisinin zəngin və çoxəsrlik ənənələri bu gün də yaşadılır

2027-ci ildə əsas kapitala yönələn investisiyalarda 2,4 faiz artım proqnozlaşdırılır

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Azərbaycanda zəlzələ baş verib

ABŞ Konqresi Rusiyaya qarşı geniş sanksiyalar paketini səsverməyə çıxarır

Əbu-Dabi Beynəlxalq Kitab Sərgisində nadir miniatür “Quran” nümayiş olunur

İran Hörmüz boğazı yaxınlığında amerikalı heyəti daşıyan gəmini vurub

FED 2023-cü ildən bəri ilk dəfə uçot dərəcəsini artırıb

Ağdamda fermer təsərrüfatlarına baxış keçirilib, qarşıda duran vəzifələr müzakirə olunub

“Reuters” süni intellekt dövründə müxbir korpusuna investisiyaları artırır

Manatın məzənnəsi gələn il də sabit qalacaq

2027-ci ilin sonuna ÜDM-in həcmi 141 milyard manat təşkil edəcək

Növbəti il və sonrakı üç il üzrə büdcə siyasətinin istiqamət və hədəfləri müəyyən edilib

Gələn il üçün inflyasiya proqnozu açıqlanıb

İki irs, bir səda: Rostropoviçlər ocağında Musiqi Günü

2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 234 milyon manat proqnozlaşdırılır

Gürcüstanın Baş naziri Çin şirkətinin nümayəndələri ilə Orta Dəhlizin perspektivlərini müzakirə edib

Gələn il icmal büdcənin gəlirləri 47 milyard 608,8 milyon manat proqnozlaşdırılıb

Hər 100 tələbədən 6-sı ADPU-da təhsil alır

2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama

Şahbuzda aqrar sahənin inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı fikir mübadiləsi aparılıb

“PAŞA Holdinq” Gürcüstan iqtisadiyyatına təxminən 60 milyon ABŞ dolları həcmində sərmayə yatırıb

COP31 sədri: Qlobal temperatur artımını 1,5 dərəcədən aşağı saxlamaq əsas hədəfimizdir

Bu saata olan əsas xəbərlər

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qazaxıstan Respublikasına səfər edib

Gürcüstanın keçmiş DTX rəhbəri 13 il azadlıqdan məhrum edilib

Xankəndidə İncəsənət Məktəbi fəaliyyətə başlayacaq

ICESCO-nun Baş direktoru: Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir

Soltan Məmmədov: Diplomatik korpusun Qarabağa səfərinə Ermənistanın reaksiyası sülh gündəliyinə ziddir

Xurşidbanu Natəvan şeirləri: Sevgi, həsrət və kədər...

Qəbələnin aqrar sektoru inkişaf dövründə: Yeni Dövlət Proqramının icrası istiqamətində layihələrə baxış keçirilib

2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib

Sabah Bakının iki rayonunda qaz təchizatı dayandırılacaq

“ƏSA” Teatrı yeni mövsümdə Hüseyn Cavidin “İblis” faciəsini musiqili janrda təqdim edəcək

Səməd Vurğunun qızı: İlk dəfə xalqın atamı necə sevdiyinin şahidi oldum

Azərbaycan-Türkiyə diaspor əməkdaşlığının perspektivləri müzakirə olunub

Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna media-tur təşkil olunub VİDEO

Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna media-tur təşkil olunub VİDEO

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Şahzadə Diananın qardaşının çap olunmamış kitabının nüsxələri oğurlanıb

Deputat: İkili standartlar işğalın uzadılmasına xidmət edirdi

Səkkiz ayda Azərbaycandan elektrik enerjisi ixracının həcmi açıqlanıb

“Neftçi” yubiley oyununa doğru - Bu komandaya flaqman adını elə-belə verməmişdilər

Azərbaycan ilə Afrika ölkələri arasında əlaqələr son illərdə dinamik şəkildə inkişaf edir

Şəhərətrafı qatar reyslərinin sayı artırılır

Keniya Senatının sədri Azərbaycan parlamenti ilə əməkdaşlığın inkişaf tempindən razılığını ifadə edib

Çin eksperti: Zəngəzur dəhlizi Azərbaycanın regional logistika və ticarət qovşağı kimi rolunu gücləndirə bilər

Ötən gün Bakıda avtobuslarla 2 milyondan çox sərnişin daşınıb

Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır