Fahrettin Altun: Türkiyə ədalətli davasında hər zaman qardaş Azərbaycanın yanındadır
İstanbul, 6 oktyabr, AZƏRTAC
Otuz ildir davam edən Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Ermənistanın işğal etdiyi ərazilərdən geri çəkiləcəyi halda mümkün olacaq. Türkiyə ədalətli davasında hər zaman qardaş Azərbaycanın yanındadır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun özünün rəsmi “Twitter” səhifəsində bildirib. O, beynəlxalq birliyin artıq qeyri-qanuni işğal qarşısında susa bilməyəcəyini yazıb.
Sosial mediada, eyni zamanda, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsi tərəfindən hazırlanan, 20 Yanvar hadisələri, 1990-cı illərə aid erməni vəhşilikləri, Azərbaycanın inkişaf yolu və sentyabrın 27-dən etibarən şanlı Azərbaycan Ordusunun erməni təxribatına əks-hücumu nəticəsində əldə edilən uğurları əks etdirən videoçarx yerləşdirilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul