Faktiki hava : Azərbaycanın bəzi rayonlarında leysan yağıb
Bakı, 7 sentyabr, AZƏRTAC
Sentyabrın 7-si saat 10:00-a olan məlumatına əsasən ölkənin bir sıra ərazilərində arabir leysan xarakterli yağış yağıb.
Bu barədə AZƏRTAC-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, düşən yağıntının miqdarı Zaqatalada 6, Astarada 5, Lənkəranda 4, Sarıbaşda (Qax) 3, Oğuzda 2, Daşkəsən, Kəlbəcər, Laçın, Göygöl, Naftalan, Şəmkir, Şəki, Şamaxı, Qobustan, Quba, Qusar, Tərtər, Bərdə, Yevlax və Kürdəmirdə 1 millimetrədək qeydə alınıb.
Balakən, Qusar, Qrız və Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29, dağlıq rayonlarda 23, Aran rayonlarında 32, Naxçıvan MR-da 35 dərəcəyədək isti qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 27.09.2026 [17:18]
AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO
- 27.09.2026 [14:23]
Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 27.09.2026 [12:01]
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO
- 27.09.2026 [11:53]