Faktiki hava: Bəzi dağlıq rayonlarda şimşək çaxıb, arabir yağış yağıb
Bakı, 18 iyul, AZƏRTAC
İyulun 18-i saat 9:00-a olan məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, düşən yağıntının miqdarı Şəmkirdə 6, Gədəbəydə 4, Göygöl, Zaqatala, Şəki, Balakən, Gəncə və Tərtərdə 2 millimetrədək olub.
İyulun 17-də sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Culfada 19 metr/saniyəyədək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36°, Naxçıvan Muxtar Respublikasında və Aran rayonlarında 38°, dağlıq rayonlarda isə 27°-dək isti olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:09]
AQTA-nın nümayəndəsi EPPO-nun iclasında iştirak edib
- 19.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 19.06.2026 [11:15]
DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
- 19.06.2026 [11:12]
Çad “ASAN xidmət” təcrübəsini öyrənmək istəyir
- 19.06.2026 [11:10]
FHN qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]