Fars xəbər agentliyi Xocalı soyqırımı barədə məlumat yaymışdır
Tehran, 26 fevral (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, İranın nüfuzlu www.farsnews.com xəbər portalı “Xocalıya ədalət” kampaniyası çərçivəsində Azərbaycan Respublikasının İrandakı səfirliyində təşkil olunmuş rəsmi mərasimdən geniş məlumat yaymışdır (http://farsnews.com/newstext.php?nn=13911208001208).
Tanınmış jurnalist Pərvin İmaninin müəllifliyi ilə farsdilli oxuculara təqdim olunan materialda bildirilir ki, 1992-ci il fevralın 26-da Azərbaycanın xocalı şəhəri terrorçu və təcavüzkar Ermənistan dövlətinin silahlı qüvvələri tərəfindən darmadağın edilmiş və dinc sakinlərə qarşı soyqırımı törədilmişdir. Bu qanlı hadisənin vandalizm nümunəsi olduğunu diqqətə çatdıran müəllif yazır ki, Azərbaycan tərəfi Xocalı faciəsinin soyqırımı kimi dünyada tanıdılması və ona beynəlxalq məhkəmələr tərəfindən ədalətli hüquqi qiymət verilməsində israrlıdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]