Fatih Terim “Qalatasaray” klubunun baş məşqçisi təyin edilib
Bakı, 22 dekabr, AZƏRTAC
Türkiyəli təcrübəli baş məşqçi Fatih Terim İstanbulun “Qalatasaray” futbol klubunun baş məşqçisi təyin edilib.
AZƏRTAC Türkiyənin “Ntvspor” kanalına istinadla xəbər verir ki, təcrübəli mütəxəssis ilə 1,5 illik müqavilə imzalanıb. Beləliklə, Fatih Terim karyerasında dördüncü dəfə “Qalatasaray” klubunun baş məşqçisi olacaq. Belə ki, təcrübəli çalışdırıcı 1996-2000-ci, 2002-2004-cü, 2011-2013-cü illərdə də “cim-bom”a rəhbərlik edib.
Xatırladaq ki, 64 yaşlı idman mütəxəssisi “Qalatasaray”ın sonuncu turda “Yeni Malatyaspor” klubuna 1:2 hesabı ilə məğlub olaraq liderliyi əldən verməsindən sonra istefaya göndərilən İqor Tüdoru əvəzləyib.
Yeni baş məşqçi ilə klubun ev oyunlarını keçirdiyi “Türk Telekom Arena” stadionunda imzalanma mərasimi keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib
- 29.09.2026 [12:56]
NTD üç yerli basketbolçu transfer edib
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]