Fənn olimpiadalarının yarımfinalına Şəki-Zaqatala bölgəsi üzrə 941 şagird vəsiqə qazanıb
Şəki, 11 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində təhsil alan 941 şagird respublika fənn olimpiadalarının yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.
Qurumun əməkdaşı bildirib ki, fənn olimpiadalarının rayon-şəhər mərhələsində idarənin tabeliyində olan ümumi təhsil müəssisələri üzrə ümumilikdə 3885 şagird iştirak edib.
Fənn olimpiadalarının yarımfinal mərhələsinə Şəki rayonu üzrə 343, Qəbələ rayonu üzrə 194, Balakən rayonu üzrə 117, Oğuz rayonu üzrə 115, Zaqatala rayonu üzrə 89, Qax rayonu üzrə isə 83 şagird vəsiqə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:05]
AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub
- 09.10.2026 [18:49]
MDU-da müxtəlif illərin məzunları bir araya gəlib
- 09.10.2026 [18:03]
Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq
- 09.10.2026 [17:41]
Səyyah: Qarabağda gördüklərim məni valeh etdi
- 09.10.2026 [17:36]
Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO
- 09.10.2026 [17:21]
İranlı səyyah: Qarabağ çox gözəldir
- 09.10.2026 [16:47]
Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO
- 09.10.2026 [16:26]