FƏRHAD BƏDƏLBƏYLİ: MUSİQİ MƏDƏNİYYƏTİ SAHƏSİNDƏ TARAZLIQ VACİBDİR
Onun qeyd etdiyi kimi, vaxtilə musiqi mədəniyyəti sahəsində vahid dövlət siyasəti mövcud idi və bu, bayağı musiqi ilə əsil sənət arasında tarazlığı saxlamağa imkan yaradırdı. Yadımdadır, ümummilli lider Heydər Əliyev respublikaya rəhbərlik etdiyi ilk dövrdə tez-tez filarmoniyaya simfonik konsertlərə gedir, digər məsul işçiləri də oraya dəvət edirdi. İndi deyirik ki, dövlətin senzura ilə məşğul olması, ideologiya qəbul etdirməsi pis haldır... Lakin vəziyyət hazırda yaxşı deyil, çünki yüksək tələbatı olmayan və zövqsüz insanların pulları önə çıxır. Şou-biznes dərin kök salmışdır və ciddi musiqi sönük mətnli bəsit melodiyalarla əvəzlənmişdir. Doğrudur, biz hazırda bütün postsovet məkanında müşahidə olunan vəziyyətdəyik, lakin bu vəziyyətdən çıxmaq lazımdır. Azərbaycanda Şostakoviç festivalı isə, necə deyərlər, dərdə dərman olmasa da, hər halda, yüksək sənət xiridarları üçün təsəllidir.