Fərhad Hacıyev: Üçüncü "Yüksəliş" müsabiqəsinin ilk imtahanı aprelin 16-da keçiriləcək
Bakı, 7 aprel, AZƏRTAC
Üçüncü "Yüksəliş" müsabiqəsinin ilk imtahanı aprelin 16-da keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, onlayn imtahanda dünyagörüşünün yoxlanılması üçün verilən sualların 50 faizinə cavab verənlər növbəti mərhələyə keçəcəklər.
Üçüncü “Yüksəliş” müsabiqəsinin fevralın 17-dən start götürən qeydiyyat prosesi martın 31-də 18:00-da tamamlanıb.
“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min AZN dəyərində pul mükafatı gözləyir.
Qeyd edək ki, növbəti - üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2022-ci il 20 dekabr tarixində Sərəncam imzalanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [20:49]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [19:56]
BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir
- 12.06.2026 [18:20]
Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub
- 12.06.2026 [18:04]