Fevralın 17-dək Azərbaycandan Türkiyəyə göndərilən humanitar yardımın həcmi açıqlanıb
Bakı, 18 fevral, AZƏRTAC
Fevralın 17-dək Azərbaycandan Türkiyəyə göndərilən humanitar yardımın həcmi açıqlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi tviter hesabında məlumat yayıb.
Bildirilib ki, humanitar yardım Türkiyəyə 15 təyyarə və 350 yük avtomobili vasitəsilə çatdırılıb.
Humanitar yardıma 867 xilasetmə və tibbi personal, 2 mobil səhra hospitalı, 4873 çadır, 4 səhra mətbəxi, 861 generator, 221 min 512 ədəd zəruri ləvazimat və məhsul, 302 min 034 isti geyim, 693 min 756 dərman və tibbi ləvazimat, 12 min 505 qızdırıcı və texniki avadanlıq, 21 milyon 367 min manat və sair daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:16]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [12:12]
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO
- 29.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 29 sentyabr
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 29.09.2026 [02:24]