FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi qanunsuz tikintinin qarşısını alıb
Bakı, 10 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Agentliyin mütəxəssisləri tərəfindən paytaxtın Pirallahı rayonunun “Qışlaq” deyilən ərazisində tikinti məqsədləri üçün ayrılmamış torpaq sahəsində, habelə müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktı aşkarlanıb.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin həyata keçirdiyi müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işinin qarşısı alınıb və tikilməkdə olan obyekt sökülüb.