CÜMHURİYYƏT - 100
FHN işçilərinin Həmkarlar İttifaqı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edib VİDEO
Bakı, 23 may, AZƏRTAC
Mayın 23-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə, nazir müavini general-leytenant Etibar Mirzəyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxsləri, qurumlarda fəaliyyət göstərən həmkarlar ittifaqı komitələrinin sədrləri iştirak ediblər.
Dövlət himni səsləndikdən sonra tədbirdə çıxış edən FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə nəzər salıb. Qeyd edib ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti irqi, milli, dini, sinfi bərabərsizliyi ləğv edib, bütün vətəndaşların hüquq bərabərliyi təmin olunub, qadınlara kişilərlə bərabər seçki hüququ verib, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı qəbul olunub, himni və gerbi hazırlanıb. Azərbaycanın bayrağı bolşevik işğalı nəticəsində endirilib və bir də 1990-cı ildə istiqlal mübarizəsi meydanlarında görünən üçrəngli bayrağımız yalnız ulu öndər Heydər Əliyevin Vətən təəssübkeşliyi və sevgisi sayəsində yenidən dövlət bayrağı kimi dalğalanmağa başlayıb. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 və 100 illik yubileyləri haqqında sərəncamları Cümhuriyyətin tariximizdəki mövqeyinə verilən böyük dəyərin real nümunəsidir.
Sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov çıxış edərək Cümhuriyyətin 100 illiyi ilə bağlı fikirlərini bildirib, bu əlamətdar tarixin əhəmiyyətindən danışıb.
Tədbirdə çıxış edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti zamanında əsası qoyulan müstəqillik, dövlətçilik ənənələri Ümummilli Liderin dərin zəkası, uzaqgörən siyasəti sayəsində davam etdirilib və nəticədə XX əsrin sonlarında ölkəmiz beynəlxalq aləmdə müstəqil, suveren dövlət kimi təşəkkül tapıb. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin dövlət səviyyəsində qeyd edilməsinə dair Sərəncamı isə dövlətçilik ənənələrimizə, tariximizə, milli kimliyimizə diqqətin bariz nümunəsidir. E.Mirzəyev qeyd edib ki, Xalq Cümhuriyyətinin yubileyi ölkəmiz üçün çox əhəmiyyətli hadisədir. Bu hadisə təkcə dövlət quruculuğunu əks etdirmir, həm də Şərqdə ilk demokratik dövlətin məhz Azərbaycanda qurulduğunu nümayiş etdirir.
Çıxışlardan sonra Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən FHN Aparatının bir qrup baş idarə və idarə rəisinə, bir sıra qurumların və regional mərkəzlərin rəislərinə, həmçinin nazirliyin aparatı və qurumlarında çalışan, vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusi fərqlənən 100 əməkdaşa fəxri fərman və qiymətli hədiyyələr verilib.
Tədbir konsert proqramı ilə davam edib.