FHN: Ötən sutka 37 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib VİDEO
Bakı, 24 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka 33 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma faktları üzrə 4 qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas edilib. Ötən sutka FHN-in qüvvələri tərəfindən üç nəfər xilas olunub. Həmçinin qəza-xilasetmə əməliyyatları zamanı üç nəfərin meyiti aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Nazirlik üzərinə düşən vəzifələrin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.