FIFA dünya klub çempionatının islahatı üzərində işi davam etdirəcək
Bakı, 19 mart, AZƏRTAC
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) dünya klub çempionatının islahatı üzərində işi davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, bunu FIFA prezidenti Canni İnfantino bəyan edib.
FIFA-nın əvvəlki müşavirəsində yeni formatda klublararası dünya çempionatının beynəlxalq təqvimdə Konfederasiyalar Kubokunu əvəzləyə biləcəyi barədə ideya müzakirə edilib. Dünya klub çempionatının yeni formatda keçirilməsi 2021-ci ilə nəzərdə tutulub.
C.İnfantino deyib: “Biz hələlik heç bir qərar qəbul etməmişik. Amma bu ideya üzərində işləyəcəyik. Bizim missiyamız futbolu hər yerdə inkişaf etdirməkdir və bundan irəli gələrək klublararası yarışları FIFA səviyyəsində dəyişdirəcəyik”.
Xatırladaq ki, Konfederasiyalar Kuboku dörd ildən bir və dünya çempionatından bir il əvvəl keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [20:00]
Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyunu başlayıb
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]
Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub
- 01.10.2026 [17:02]