FIFA Şurası Rusiyada keçirilən dünya çempionatını tarixdə ən yaxşı turnir adlandırıb
Bakı, 26 oktyabr, AZƏRTAC
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Şurası Rusiyada keçirilən 2018-ci il dünya çempionatını tarixdə ən yaxşı turnir adlandırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə TASS Agentliyinə FIFA Şurasının üzvü Aleksey Sorokin təşkilatın rəhbər heyətinin oktyabrın 26-da Ruandada keçirilən iclası başa çatdıqdan sonra bildirib.
A.Sorokin deyib: “Olduqca ətraflı hesabat səslənib. FIFA-nın yarışların və tədbirlərin keçirilməsi üzrə departament direktoru Kolin Smit faktoloji hesabat təqdim edib. Mən də ümumi və emosional xarakterli çıxış etdim. Ümumilikdə, dünya çempionatı yekdilliklə və bütün parametrlərə görə uğurlu, idman tarixində ən yaxşı turnir hesab edilib. Bu barədə Şuranın qəbul etdiyi hesabatda deyilir”.
“Bir çox göstəricilərə görə bundan əvvəlki dünya çempionatlarının rekordları təzələnib. Pulsuz nəqliyyat, azarkeşlərin identifikasiyası və digər yeniliklər kimi təşəbbüslərimiz uğurlu sayılıb”, - deyə A.Sorokin əlavə edib.
Xatırladaq ki, dünya çempionatının qalibi finalda Xorvatiya yığmasına 4:2 hesabı ilə qalib gələn Fransa komandası olub. Rusiya yığması öz tarixində ilk dəfə turnirin dörddəbir finalına yüksələrək, penalti seriyasında xorvatlara məğlub olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]